“Caspian Telecom” şirkəti optik lifli şəbəkəni genişləndirir
Bakı, 27 aprel (AZƏRTAC). “Caspian Telecom” (CasTel) MMC özünün fiber-optik texnologiyalara əsaslanan şəbəkəsini genişləndirir.
“CasTel”-dən AZƏRTAC-a bildirmişlər ki, şirkət Bakı şəhərində və Abşeron yarımadasının bütün ərazisində banklara, dövlət qurumlarına və özəl şirkətlərə fiber-optik şəbəkə vasitəsilə müxtəlif informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətləri göstərir. Şəbəkənin genişlənməsi ilə əlaqədar olaraq, “CasTel”in ölkənin regionlarında filiallarının yaradılması da planlaşdırılır.
Qeyd edək ki, 1997-ci ildə yaradılmış “Caspian Telecom” 2010-cu ildə “Ailə TV” şəbəkəsinin tərkib hissəsinə çevrilmişdir. “CasTel”, eyni zamanda, Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWİFT) tərəfdaşıdır.