Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cavidşünaslıq” çoxcildliyi Hüseyn Cavidin ev-muzeyinə təqdim olunub

Naxçıvan, 11 noyabr, AZƏRTAC

Noyabrın 10-da Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində “Cavidşünaslıq” çoxcildliyinin təqdimatı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, belə bir tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə bu qədim diyarda elmə, təhsilə, mədəniyyətə göstərilən böyük dövlət qayğısının nəticəsi kimi baxmaq mümkündür. Digər tərəfdən bu təqdimat Hüseyn Cavid irsinin öyrənilməsində, cavidşünaslıqda mühüm araşdırmaların aparılmasında yeni mərhələnin başlanğıcı sayıla bilər.

Qeyd edilib ki, bu çoxcildliyin əmələ gəlməsində Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlının və muzeyin kollektivinin böyük əməyi olub. Təqdim olunan çoxcildlik müasir dövrün cavidşünasları üçün qiymətli xəzinədir. Məhz bu toplu ilə müstəqil dövlətçilik idealları işığında Hüseyn Cavidi yenidən öyrənmək mümkündür.

Vurğulanıb ki, çoxcildliyin ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında təqdim olunması da mühüm əhəmiyyət daşıyır. Bunun bir səbəbi Hüseyn Cavidin Naxçıvanda doğulması ilə əlaqədardırsa, digər səbəbi isə muxtar respublikada elmə, təhsilə, mədəniyyətə, ədəbiyyata, muzey işinə verilən böyük dəyərlə bağlıdır.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılması, gənclərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xalqımızın bir çox klassik sənətkarları kimi Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini ümummilli liderimiz Heydər Əliyev verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlarla görkəmli ədibin 2007-ci ildə 125, 2012-ci ildə isə 130 illik yubileyləri geniş şəkildə qeyd edilib. Bununla yanaşı, dahi şairin həyat və yaradıcılığına həsr olunan simpozium və konfranslar keçirilib, sərgilər təşkil olunub. Görkəmli mütəfəkkirin adının əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb Hüseyn Cavidin adını daşıyır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü muxtar respublikada Hüseyn Cavid Poeziya Günü kimi qeyd olunur. Bu, artıq ənənə halını alıb, görkəmli ədibin zəngin və möhtəşəm yaradıcılığını ədəbi-nəzəri fikrin diqqət mərkəzinə çəkməklə əsl poeziya bayramına çevrilib, Hüseyn Cavid bədii irsinin öyrənilməsi, eləcə də gənclər arasında təbliğinə geniş imkan açıb.

Hüseyn Cavidin ev-muzeyinin direktoru və kitabın müəllifi Gülbəniz Babaxanlı bildirib ki, bu çoxcildliyin hazırlanmasına 20 il bundan əvvəl başlayıb. Hüseyn Cavidin ev-muzeyində işləməyə başlayandan sonra burada böyük Cavidlə bağlı daha çox materiallarla rastlaşdım. Araşdırmalar isə bizi daha əvvələ - 1912-ci ildə Hüseyn Cavid haqqında yazılmış ilk məqaləyə aparıb çıxardı. Sonra isə digər arxiv və kitabxanalarda araşdırmalara başladıq və 1912-ci ildən 2017-ci ilədək Cavidlə bağlı mətbuatda dərc olunmuş bütün materialları bir yerə topladıq. Çoxcildlikdə Hüseyn Cavidin şəxsi məsələlərindən tutmuş elm sahələrinə aid çoxsaylı məqalələri var. Böyük ədibin teatrşünaslıq, mətnşünaslıq, tarixşünaslıq, fəlsəfə və digər sahələrə aid məqalələrinin olması həm də bu kitablardan təkcə ədəbiyyatşünaslar deyil, digər elm sahələrində çalışanlar üçün də qiymətli mənbə rolunu oynaya bilər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, tarixən bizim şair və yazıçılarımız öz əsərlərində dövlətin, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasını, azad, müstəqil cəmiyyət arzusunu dilə gətirib, bunu ədəbiyyatın dili ilə insanlara çatdırıblar. Sevindirici haldır ki, bu gün biz həmin güclü dövləti olan azad, müstəqil cəmiyyətdə yaşayırıq. Bu gün dövlətimiz tərəfindən elmə, mədəniyyətə, ədəbiyyata böyük qayğı göstərilir və bunun da nəticəsində bu kimi əsərlər çap olunur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar bildirib ki, 30 cilddən ibarət “Cavidşünaslıq” əsərinin bu gün ilk dəfə olaraq Naxçıvanda təqdimatı bizim üçün qürurvericidir. Digər tərəfdən bu kitab Naxçıvana sevginin bəhrəsidir. Hamımıza məlumdur ki, bu kitabda naxçıvanlı müəlliflərin məqalələri daha çox yer alıb. Məmmədcəfər Cəfərov, Kamran Əliyev, Cəlal Qasımov, Lütviyyə Əsgərzadə, digər tərəfdən hazırda AMEA Naxçıvan Bölməsində çalışan bir çox əməkdaşların Hüseyn Cavid haqqında məqalələri bir daha onu göstərir ki, Naxçıvanda Hüseyn Cavid irsinə sevgi, məhəbbət böyükdür.

Çıxış edənlər yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirib, “Cavidşünaslıq” çoxcildliyinin nəşrinin cavidsevərlər üçün böyük hədiyyə olduğunu qeyd ediblər.

Sonra Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi ziyarət olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb