CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-da saat 15.10-dan 15.15-dək və saat 17.30-dan 17.40-dək Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsində yerləşən mövqelərini, saat 08.00-dan 08.20-dək və saat 22.00-dan 22.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 20.45-dən 22.40-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz şəhərinin və Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, aprelin 11-də saat 01.30-dan 03.30-dək fasilələrlə Tərtər rayonunun Qızıloba və Çiləbürt, Ağdam rayonunun Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.