CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 14-də saat 11.00-dan 11.15-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 14.10-dan 22.40-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari və Mosesqex kəndləri, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Milli Ordumuzun Tovuz rayonunun Koxanəbi kəndi, Ağdam və Gədəbəy rayonu ərazilərindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 10.50-dən 11.50-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 17.15-dən mayın 15-i saat 6.05-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 17.10-dan 17.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.30-dan mayın 15-i saat 2.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.