Cəlilabadda Heydər Əliyevin doğum günü bayram sevinci ilə qeyd olunub
Cəlilabad, 11 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Cəlilabadda bayram sevinci ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Mansur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə təzə-tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada ölkəmizin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.