Cənubi Koreyada karantin rejimi yumşaldılır
Pekin, 3 may, AZƏRTAC
Cənubi Koreyada son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının azalması fonunda martın sonlarından tətbiq olunan karantin rejimi gələn həftədən yumşaldılacaq.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş Nazir Çunq Sye-kyun hökumətin COVID-19 pandemiyası ilə mübarizəsinə həsr olunan iclasında deyib. O, mayın 6-dan etibarən kütləvi tədbirlərin təşkilinə sanitar-gigiyena qaydalarına əməl olunmaq şərti ilə icazə veriləcəyini bildirib. Hökumətin karantin rejiminin yumşaldılması qərarı ilə məktəblərdə dərslərin bərpasına da başlanılacaq. Dərslərin başlanması ilə bağlı qaydalar mayın 4-də açıqlanacaq.
Qeyd edək ki, Cənubi Koreya hökuməti bir müddət əvvəl açıqlama yayaraq, ölkədə gündəlik virusa yoluxma hallarının 50-dən aşağı düşəcəyi təqdirdə karantin rejiminin yumşaldılacağını bildirmişdi. Son 25 gündür ki, Cənubi Koreyada yoluxma hallarının sayı 50-dən aşağı olub. Ötən sutkada isə bu rəqəm 13 olub. Səhiyyə qurumları isə xarici mənşəli yoluxma hallarının çoxalmasından narahatdırlar. Onlar, həmçinin COVID-19 virusunun dərmanının olmaması səbəbindən bir müddət sonra yoluxma dalğasının təkrarlana biləcəyindən ehtiyat edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [20:04]
İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb
- 11.10.2026 [19:47]
Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb
- 11.10.2026 [18:45]
AFP: Ər-Riyadda partlayış baş verib
- 11.10.2026 [17:02]
Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO
- 11.10.2026 [16:33]
Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub
- 11.10.2026 [16:19]
Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək
- 11.10.2026 [15:51]
Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]