Cənubi Koreyanın “Hyundai” şirkəti Özbəkistanda elektromobil istehsal edəcək
Daşkənd, 26 may, AZƏRTAC
Cənubi Koreyanın “Hyundai” şirkəti Özbəkistanın Kokand şəhərindəki Azad İqtisadi Zonada elektromobil istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, layihənin qiyməti 300 milyon dollardır. Zavodun tikintisinə 2021-ci ildə başlanacaq və konveyerdən ilk belə maşın 2023-cü ildə çıxacaq. Zavod tam gücü ilə işə düşdükdən sonra ildə 10 min elektromobil istehsal edilməsi nəzərdə tutulur. Bunun nəticəsində 1000 iş yeri açılacaq.
“Hyundai” şirkəti Kokandda 1 tondan 50 tona qədər yük götürən maşınların, şəhərlərarası və turist avtobuslarının, həmçinin xüsusi nəqliyyat vasitələrinin istehsalına da başlamaq niyyətindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [23:04]
Ukraynada orta məktəblərdə mobil telefonların istifadəsi qadağan edilə bilər
- 03.07.2026 [19:03]
Ankaranın hava limanında NATO sammiti zamanı məhdudiyyətlər tətbiq ediləcək
- 03.07.2026 [18:28]
BMMT ilə Sudan arasında əməkdaşlıq genişləndirilir
- 03.07.2026 [17:57]
İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaqlar
- 03.07.2026 [16:25]
İsveçin Baş naziri: NATO-nun Ankara sammiti “təlatümlü dövrdə” keçirilir
"Zirə" yeni qapıçı transfer edib
- [20:15]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Siyasətdə yeni dövr TƏHLİL
- [18:36]