“Çelsi” İngiltərə kubokunun finalına yüksəlib
Bakı, 23 aprel, AZƏRTAC
Futbol üzrə İngiltərə kubokunun ikinci yarımfinal oyununda “Çelsi” və “Saupgenton” klubları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Vembli” stadionunda keçirilən oyunda “Çelsi” rəqib komandanın qapısından iki cavabsız top keçirib. Oyunda Olivye Giru və Alvaro Morata fərqləniblər. Beləliklə, bu qələbədən sonra Antonio Kontenin yetirmələri finalda “Mançester Yunayted” klubu ilə qarşılaşacaqlar.
Final mayın 19-da “Vembli” stadionunda keçiriləcək.