Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çelyabinskdə “Rusiya-Azərbaycan: dostluq qanadlarında” müsabiqəsinin qaliblərinin qala-konserti olacaqdır

Bakı, 11 may (AZƏRTAC). Mayın 13-də Çelyabinskdə S.Prokofyev adına konsert zalında vilayətin yaradıcı uşaq və gəncləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Rusiya-Azərbaycan: dostluq qanadlarında” adlı festival-müsabiqənin qaliblərinin qala-konserti olacaqdır.

Çelyabinskdəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, improvizə edilmiş konsert səhnəsi birbaşa foyedə təşkil ediləcəkdir.

30 dəqiqəlik fasilə müddətində müsabiqənin diplomantları olan balaca pianoçular, fleytaçılar, akkordeonçular, xalq və estrada mahnılarının ifaçıları konserti davam etdirəcəklər.

Filarmoniyanın “Harmoniya” qalereyasında gələcək rəssamların əsərlərin sərgisi açılacaqdır.

Çelyabinsk vilayətinin Mədəniyyət Nazirliyi, Təhsil və Elm Nazirliyi, Çelyabinsk şəhər Administrasiyasının Mədəniyyət İdarəsi, Xalqlar Dostluğu Evi, Gənclər Siyasəti Baş İdarəsi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının dəstəyi ilə “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi və Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsi tərəfindən təşkil edilmiş bu müsabiqə 2013-cü ilin yanvar ayında başlamış və üç mərhələdən ibarət olmuşdur.

Müsabiqənin seçim turunda Cənubi Ural bölgəsini təmsil edən 300-dən çox məktəbli və tələbə iştirak etmişdir. Yaradıcılıq işləri beş nominasiya üzrə qiymətləndirilmişdir: xoreoqrafiya, vokal, instrumental janr, təsviri incəsənət və diyarşünaslıq.

“Dostluq qanadlarında” müsabiqəsinin xüsusiyyəti ondan ibarətdir ki, əksəriyyətinin heç vaxt Azərbaycanda olmamış uşaqlar bu müsabiqədə öz bacarıq və istedadlarını nümayiş etdirməklə bərabər, həm də Azərbaycan adlı uzaq dost ölkəni özləri üçün bir növ kəşf edə biləcəklər. “Bakıda qürub çağı” adlı rəsm çəkmək və ya “Qarabağ çobanları” adlı oynaq rəqsi təsvir etmək üçün Azərbaycanın harada yerləşdiyini, bu ölkənin keçdiyi tarixi yolu, orada yaşayan insanları, Heydər Əliyevin nə səbəbdən Azərbaycan xalqının ümummilli lideri olmasını təsəvvür etmək lazımdır. İnsanların bir-birini incəsənət vasitəsilə, xalq yaradıcılığı vasitəsilə tanıması qarşılıqlı anlaşma və dostluğun ən qısa yoludur. Çelyabinsk festivalının orbitinə cəlb edilənlərin hamısı - müsabiqənin iştirakçıları da, tamaşaçılar da, münsiflər heyətinin üzvləri də bunu etiraf edirlər. Onlar çox səmimi, emosional, ürəkdən gələn sözlər deyirlər.

Angelina Akatyeva - Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının 5-ci kurs tələbəsi, xoreoqraf:

- Mənim bəxtim gətirib. “Rusiya-Azərbaycan: dostluq qanadlarında” festival-müsabiqəsi ən əlamətdar hadisədir. Bu müsabiqə insanın öz zəkasını, peşə vərdişlərini, dünyagörüşünü zənginləşdirməsi üçün bir şansdır. Birinci kurs tələbələri ilə “Böyük bayram yallısı” adlı rəqs nömrəsi hazırlamaq üçün çoxlu videomateriallara baxmaq, bu ölkənin tarixini, siyasi strukturunu, coğrafiyasını tədqiq etmək lazım gəldi. Bu, çox maraqlı idi. Hər bir xalqın öz xarakteri, məxsusi ifa manerası vardır. Bəs bütün bunları rəqsin dili ilə necə çatdırmalı? Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri Çelyabinskə gələrkən onların necə gözəl rəqs etdiklərini görmüşdüm. İncə, qəşəng, sehrli-sirli qadın obrazları insanı heyran edirdi. Kişilərin çılğın və emosional rəqsləri tamaşaçını cəzb edən xüsusiyyətləri ilə fərqlənirdi. Bizim birinci kurs tələbələri bu incəlikləri duymağa və tamaşaçıya çatdırmağa çalışmışlar.

Konstantin Fokin - çelyabinskli rəssam, Rusiya Rəssamlar İttifaqının üzvü, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının tətbiqi yaradıcılıq kafedrasının müdiri:

- Mənim tələbələrim müsabiqə tapşırıqları üzərində işləyəndə mən də nə isə etmək istədim. Bu, maraqlı mövzudur. Mən heç vaxt Azərbaycanda olmamışam, lakin Peterburqda oxuyarkən bakılı rəssam dostlarım çox olub. Olduqca mədəni, istedadlı insanlardır. Ətraf aləmə və başqa mədəniyyətlərə münasibətdə açıq və həssasdırlar. Məsələn, heykəltəraş dostlarım eyni rəngin müxtəlif çalarlarına, formanın qeyri-adiliyinə valeh olur, musiqini çox yaxşı duyurdular. Mən onlardan çox şey öyrənmişəm. Festival-müsabiqə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmişdir. Azərbaycanda ona çox böyük hörmət bəsləyirlər. O, ümummilli qəhrəmandır, çünki öz ölkəsi üçün, sadə insanlar üçün çox iş görmüşdür. SSRİ dövründə Heydər Əliyev ən hörmətli siyasətçilərdən, keçmiş Siyasi Büroda ən yüksək intellektə malik olan şəxslərdən biri idi. Dərhal görünürdü ki, bu olduqca sanballı, savadlı və mədəni insandır. Həmişə inandırıcı şəkildə danışırdı, həmişə, hətta Rusiya Azərbaycan xalqına münasibətdə özünü yetərincə vicdanlı aparmadığı vaxtlarda da Rusiya ilə dostluq siyasəti yeridirdi. “Dostluq qanadlarında” müsabiqəsinin Heydər Əliyevə həsr edilməsi çox düzgün qərardır.

Rəfail Quliyev, müsabiqənin təşkilatçısı, Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi İctimai Təşkilatının sədri, iqtisad elmləri namizədi:

- Mən istəyirdim ki, çoxmillətli Çelyabinsk vilayətinin gənc nəsli bu böyük insanı tanısın və yadda saxlasın. Heydər Əliyev olduqca uzaqgörən siyasətçi, parlaq natiq, qarşıya qoyduğu məqsədə doğru dönmədən və qətiyyətlə irəliləmək bacarığına malik olan şəxsiyyət idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və ədalətli tənzimlənməsi üçün onun yeritdiyi strateji xətt sayəsində 1994-cü ildə münaqişə zonasında atəşkəs haqqında razılaşma əldə edilmişdir.

Müxtəlif millətlərdən olan insanlar sakit və rahat yaşadığı yeni Azərbaycanı Heydər Əliyev yaratmışdır. Nəsillər dəyişəcək, lakin qədirbilən insanlar Heydər Əliyevi həmişə böyük azərbaycanlı - görkəmli şəxsiyyət və ümummilli lider kimi yad edəcəklər.

Ruslan Xabibulin, müsabiqənin münsiflər heyətinin sədri, beynəlxalq müsabiqələr laureatı, Çelyabinsk Mədəniyyət və İncəsənət Akademiyasının estrada-orkestr yaradıcılığı kafedrasının müdiri, professor:

- Mən özüm Bakıdanam, 1969-cu ildə Çelyabinskə oxumağa gəlmişəm, o vaxtdan burada yaşayıram. Çox şadam ki, gənc artistlər və tamaşaçılar məhz burada, Uralda böyük Azərbaycan mədəniyyəti ilə bu cür ciddi, səmimi maraqla tanış ola biləcəklər, Heydər Əliyevlə bağlı mənim də şəxsi xatirələrim var, şadam ki, ona həsr edilmiş festivalda mən də iştirak edəcəyəm.

Mən Heydər Əliyevi ilk dəfə 60-cı illərdə, onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə yenicə seçildiyi dövrdə görmüşəm. O vaxt mən Bakıda yaşayırdım. Heydər Əliyev xalqla görüşərkən biz komsomolçular asayişə nəzarət edirdik. Son dərəcə ağıllı, savadlı, qətiyyətli, öz ölkəsinin və xalqının təəssübkeşi olan bu insan əsl lider idi. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda həyat nəzərəçarpacaq dərəcədə dəyişdi, sənaye və mədəniyyət sahələri inkişaf etməyə başladı: yeni zavodlar və fabriklər tikildi, elektrik stansiyaları və neft mədənləri, suvarma və nəqliyyat sistemləri yaradıldı. Bakıda metro açıldı, əzəmətli memarlıq kompleksləri, institutlar, nəşriyyatlar yaradıldı, görkəmli insanlara abidələr ucaldıldı, böyük tarixi şəxsiyyətlərin ev-muzeyləri yaradıldı. Mənim fikrimcə, Heydər Əliyevin siyasəti sayəsində azərbaycanlılar harada yaşadıqlarını, kim olduqlarını dərk etməyə başladılar... Mənim qardaşım, qohumlarım indi də Bakıda yaşayırlar. Onlar Heydər Əliyev haqqında həmişə çox səmimi sözlər söyləyirlər.

Mən şadam ki, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi “Rusiya-Azərbaycan, dostluq qanadlarında” adlı festival-müsabiqə təşkil etmişdir. Bu tədbirdə bu qədər istedadlı gənclərin və onların müəllimlərinin iştirak etməsi çox xoşagələn haldır. Bu o deməkdir ki, həmin insanlar Azərbaycan musiqisi və rəqsləri ilə tanış olmağa, ən qədim milli mədəniyyətlərdən birinin tarixini öyrənməyə, Azərbaycanın zəngin təbiəti ilə tanış olmağa maraq göstərirlər. Azərbaycan xalqı çox səxavətli xalqdır. Bizim gənclərin çoxu Azərbaycan dilini öyrənir. Əminəm ki, biz yanaşı yaşayan xalqların ənənələri və mədəniyyəti barədə nə qədər çox öyrənsək, aramızda qarşılıqlı anlaşma bir o qədər dərin olacaqdır. Əgər hər bir milli mərkəz bu cür festivallar təşkil etsəydi, biz uşaqlarımızın və nəvələrimizin gələcəyi üçün bir o qədər arxayın olardıq.

Eleonora Mixalçenko, Çaykovski adına İncəsənət İnstitutunun dosenti, Rusiyanın əməkdar mədəniyyət işçisi:

- Mənə xoşdur ki, bizim uşaqlar Azərbaycan bəstəkarlarının musiqisini çalır və oxuyurlar. Başqa xalqın yaradıcılığı ilə tanış olmaq həmişə faydalıdır. Bu, yeni repertuar, qeyri-adi kolorit və ifadəli rəng çalarları deməkdir. Bizim Cənubi Uralda yaşayan azərbaycanlıların sayı barədə heç vaxt fikirləşməmişəm. Biz Azərbaycan mədəniyyəti ilə tanış olmuşuq, onlar bizim mədəniyyətlə. Bu, qarşılıqlı hörmət, dostluq, Rusiya ilə Azərbaycanı bir-birinə bağlayan 200 illik tarixə hörmət deməkdir. Bir-birimizin incəsənətinə və tarixinə maraq göstərməyimiz bizi qarşılıqlı zənginləşdirir.

Mayın 13-də Çelyabinsk vilayət filarmoniyasının səhnəsində keçiriləcək qala-konsertin proqramına festivalın ən yaxşı müsabiqə nömrələri daxil edilmişdir. Bakılı qonaqların - Azərbaycanın əməkdar artisti Vaqif Mirzəyev (klarnet), II Respublika Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova, Satira Teatrının bədii rəhbəri Vüqar Abdulov və populyar estrada müğənnisi Nadir Qafarzadənin çıxışları bu konsertin bəzəyi olacaqdır.

Qaliblərin mükafatlandırılması yəqin ki, qala-konsertin ən həyəcanlı anları olacaqdır. “Ozan” Mədəniyyət Mərkəzinin rəhbəri Rəfail Quliyevin sözlərinə görə, heç kəs mükafatsız və hədiyyəsiz qalmayacaqdır. Qran-pri sahibləri isə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin şəxsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə mayın 14-də Bakıya yola düşəcək, orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş konsertdə iştirak edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik