ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ
Şəhərdəki Çernobıl Əlilləri Cəmiyyətinin üzvləri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuşlar.
Salona toplaşanlar qəza zamanı öz vətəndaşlıq borcunu yerinə yetirərkən həlak olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında bildirmişdir ki, 20 il əvvəl Çernobıl AES-in 4-cü blokunda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı iştirak etmiş, 2 min həmvətənimiz həlak olmuşdur. Onların arasında sumqayıtlılar da var. Qəza nəticəsində 44 sumqayıtlı həlak olmuş, qalanları ömürlük əlilə çevrilmişlər. Son üç ildə onlarla sıx əlaqə yaradılmış, imkan daxilində problemləri həll edilir.
Şəhərin başçısı vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbəriliyə qayıdışından sonra ölkədə Böyük Vətən müharibəsi, Əfaqanıstan müharibəsi və Çernobıl faciəsi əlillərinə münasibət kökündən dəyişmişdir. Bu bizim tariximizdir. Ulu öndər demişdir ki, Çernobıl qəzasının ağrı-acısını dadan adamların və onların ailələrinin həssas münasibətə ehtiyacı var. İlham Əliyev də bu xətti davam etdirir. O, Prezident seçildikdən dərhal sonra bildirmişdir ki, məmurun başlıca vəzifəsi ölkəsinin vətəndaşlarına qayğı və diqqətlə yanaşmaqdır.
Respublika Çernobıl Əlilləri Cəmiyyətinin prezidenti Mirhəsən Həsənov və başqaları çıxışlarında 1990-cı ildə yaradılmış Cəmiyyətin tarixindən danışmışlar. Bildirilmişdir ki, Çernobıl əlillərinin başlıca problemi onların xəstə nəslidir.
Şəhər icra hakimiyyəti Çernobıl faciəsinin 20-ci ildönümü ilə əlaqədar hər bir əlil ailəsinə ərzaq və məişət əşyaları vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]