ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VATSLAV KLAUSA
Çexiya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 oktyabr 2006-cı il.