Çexiyanı kütləvi etiraz aksiyaları bürüyüb
Praqa, 7 may, AZƏRTAC
Çexiya paytaxtının, Brno və Ostrava şəhərlərinin küçə və meydanlarını kütləvi etiraz aksiyaları bürüyüb. Aksiya iştirakçıları ölkənin yenidən təyin edilmiş ədliyyə naziri Mariya Beneşovaya və onun hökumət başçısı Andrey Babişin üzərindən korrupsiya ittihamını götürmək cəhdinə qarşı etiraz edirlər.
AZƏRTAC xəbər verir ki, etiraz aksiyalarında “Justice” (ədalət), “Biz kor deyilik”, “Stop Beneşova” şüarları səsləndirilir.
Beneşova karyera boyunca artıq bir dəfə ədliyyə naziri olub. Bu, 2013-2014-cü illərdə baş verib. Daha əvvəl isə Beneşova ölkənin baş prokuroru idi.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]