Çində 5,1 bal gücündə zəlzələ olub VİDEO
Pekin, 6 aprel, AZƏRTAC
Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Şəbəkələri Mərkəzinin məlumatına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 7:50-də (Bakı vaxtı ilə 3:50) İbin şəhərində qeydə alınıb.
Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik tələfat barədə məlumat yoxdur. Sosial şəbəkələrdə yayılmış videolarda müxtəlif təyinatlı tikililərə ziyan dəydiyi, divarlarda çatların yarandığı, bəzi yollarda torpaq sürüşmələrinin meydana gəldiyi görünür.
Qeyd edək ki, bu son illər İbin şəhəri ərazisində qeydə alınan ilk zəlzələ deyil. 2019-cu il iyunun 17-də baş vermiş 6 bal gücündə zəlzələ nəticəsində 13 nəfər ölmüş, 200-dən çox adam yaralanmışdı. Həmin vaxt zəlzələnin törətdiyi fəsadlarla əlaqədar 80 min sakin təxliyə edilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]