Çində otelin çökməsi nəticəsində azı beş nəfər ölüb
Bakı, 29 avqust, AZƏRTAC
Çinin Şansi əyalətində ikimərtəbəli otelin çökməsi nəticəsində ən az beş nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə avqustun 29-da yerli vaxtla səhər saat 9:40-da Syanfen qəzasının Linfen şəhər dairəsində baş verib. Hadisənin səbəbləri hələ ki, məlum deyil.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyatlara 700-dən çox polis, yanğınsöndürən və xilasedici cəlb edilib. Həmçinin onlara çox sayda yerli sakin də kömək göstərir. İndiyə qədər dağıntılar altında qalan 37 nəfərdən 33-nü çıxarmaq mümkün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]