Coğrafiya İnstitutunda doktorantların elmi işlərinin mövzusu təsdiqlənib
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın doktorantura məsələlərinə həsr edilmiş iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təhsil şöbəsinin müdiri Müseyib Yunusov yeni qəbul olunmuş doktorant və dissertantlar haqqında məlumat verib. Onların elmi rəhbərləri və elmi işlərinin mövzusu müzakirə edildikdən sonra təsdiqlənib.
İclasda, həmçinin şöbələrin hesabatlarının və qarşıdakı konfransa hazırlıq məsələsi də müzakirə olunub.