Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi bu ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir - ŞƏRH

COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi bu ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir -  ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə çıxışında vurğuladığı məqamlarda beynəlxalq konfransın Azərbaycanın paytaxtı Bakıda təşkili və bu qərarın bütün ölkələr tərəfindən dəstəklənməsi barədə söylədikləri dünya üçün böyük mesajdır.

Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür.

Otuz il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Bu inkaredilməz məsələlər qarşısında, hətta Azərbaycanla dost münasibətdə olmayan ölkələr belə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul etdi.

“Dövlətimizin başçısı İlham Əliyev müşavirədə çıxışında bu barədə danışaraq qeyd etdi ki, verilən qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Nəzərə alsaq ki, beynəlxalq birlik dünyanın bütün ölkələridir və onların yekdilliklə Azərbaycana böyük dəstək göstərməsi dövlətimizin dünyada etimad və nüfuzuna işarədir. Eləcə də, bu maraq, hörmət, etimad 2023-cü ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası çərçivəsində ilk dəfə öz pavilyonu ilə çıxış edən Azərbaycana göstərilən diqqətlə də özünü büruzə verdi”, - deyə M.Hüseynova əlavə edib.

Dubayda Azərbaycan pavilyonunun böyük marağa səbəb olduğunu gördüm

Dubayda 28-ci sessiyası çərçivəsində Azərbaycan pavilyonuna böyük marağın şahidi olduğunu bildirən İctimai Şuranın üzvü vurğulayıb ki, həmin pavilyonun konsepsiyası ölkəmizi zəngin flora və faunası üzərində qurulmuşdu. İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri və digər layihələr barədə məlumat verilirdi. Pavilyonda ölkəmizin 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərməyin Azərbaycan hökuməti üçün prioritet məsələ olması haqqında məlumatlar yer almışdı.

Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərirdi. İnteraktiv formatda isə “Azərbaycanın ətraf mühit xəritəsi” Milli parklar, İqlim növləri, bərpa olunan enerji, su ehtiyatları və yaşıl konsepsiya əks olunurdu. Hər mövzuda mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsi təqdim edilirdi. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunurdu. Burada “Qırmızı kitab”a salınmış və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər barədə informasiyalar yer alırdı. QHT və dövlət qurumlarının həyata keçirdiyi ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələrinə dair bilgilər verilirdi.

Məhsəti Hüseynova deyib ki, pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusilə də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunurdu. Pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşulur və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilirdi. Bu ağaclar Qarabağ bölgəsində - Füzuli şəhərində əkiləcək.

Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməyə nail olacaq

Xüsusilə Xəzər dənizi regionunda iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma mövzusunda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası” Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzəryanı ölkələrin, BMT-nin Ətraf Mühit və Məskunlaşma proqramlarının yüksək səviyyəli rəsmiləri iştirak etdi.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında iqlim dəyişiklikləri nəticəsində son illər Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliyə diqqət çəkərək, bu nadir ekosistemin qorunması ilə bağlı regional əməkdaşlığın vacibliyini və problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

“Bütün bunlar göstərir ki, Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməyə nail olacaq. Bununla da ölkəmiz, xalqımız növbəti böyük uğur qazanacaq. Azərbaycanın neft-qaz ölkəsi kimi bu sahədə inkişafı, yaşıl enerji ilə bağlı layihələrin həyata keçirilməsi, yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritet istiqamət olduğunu dünyaya göstərəcək. COP29-la bağlı 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək.

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir. Məhz bu il belə mötəbər tədbirlə Azərbaycan dünyaya öz qüdrətini göstərməyə çalışacaq”, - deyə ETSN yanında İctimai Şuranın üzvü fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda traktorla minik avtomobili toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu