Daha 3 taekvondoçumuz dünya birinciliyində mübarizəyə başlayır
Bakı, 30 iyul, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, mundialın üçüncü günü Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulacaq. Belə ki, Banu Quliyeva (44 kq), Riad Quliyev (41 kq) və Fuad Məhərrəmli (45 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Mehdi Budaqlı (33 kq) dünya birinciliyində keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub.
Yarış iyulun 31-də başa çatacaq.