Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 18,9 faiz artıb
Bakı, 28 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, bu ilin yanvar-oktyabr ayları ərzində 294 min 68 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz çoxdur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, on aylıq göstəricinin 70 min 558-i (24 faiz) ilkin, 223 min 510-u (76 faiz) isə təkrar qeydiyyatın payına düşüb. Yanvar-oktyabr ayları ərzində ilkin qeydiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 31,3 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41 min 40-ı fərdi yaşayış və bağ evi, 75 min 387-si mənzil, 167 min 909-u torpaq sahəsi, 2927-si qeyri-yaşayış binası, 6100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.
On ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,4 faizi Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:24]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]