Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır

Bakı, 21 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Türkiyə təcrübəsindən yararlanır.

Komitədən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma nazirinin müavini Fatma Varankın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı üzrə baş direktor Mehmet Zeki Adlı, Coğrafi Məlumat Sistemləri üzrə baş direktor İsmail Tüzgen və digər nümayəndələr oktyabrın 21-də ölkəmizə ikigünlük təlim səfərinə gəliblər. Məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində interaktiv təcrübə mübadiləsi aparmaq, bu sahələrdə tətbiq edilən müasir elementlər, mexanizmlər, çağdaş dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələr həyata keçirməkdir. Həmçinin əmlak idarəçiliyi sahəsində ikitərəfli əməkdaşlığı daha da genişləndirmək, yeni birgə layihələr reallaşdırmaq da tədbirin əsas vəzifəsidir.

Təlim səfəri çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları və Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələrdə olduğu kimi əmlak idarəçiliyində də innovasiyalar tətbiq olunur, yeni layihələr reallaşdırır, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, əmlak idarəçiliyi sahəsində yüksək nailiyyətlər əldə edir.

Bildirilib ki, ölkə başçısının müvafiq fərmanı ilə əmlak idarəçiliyi sahəsində Azərbaycanda həyata keçirilən ən iri layihələrdən biri də “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nin qurulmasıdır. Sistemin yaradılması zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə mütərəqqi texnologiyalardan istifadə olunur. Sistemdə torpaq sahələrinin dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyaları, mühafizə zonaları və digər zəruri məlumatlar əksini tapır. Sistem, həmçinin torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emal və idarə edilməsini təmin edir. Komitənin fəaliyyət sahələrindən olan daşınmaz əmlakın qeydiyyatı sahəsində də respublikamızda genişmiqyaslı islahatlar aparılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə daşınmaz əmlakın qeydiyyatı prosesi elektronlaşdırılır, sadə, eyni zamanda, şəffaf və səmərəli qeydiyyat sistemi formalaşdırılır.

Daha sonra Türkiyənin Ətraf Mühit və Şəhərsalma nazirinin müavini F.Varank daşınmaz əmlakın qeydiyyatında və kadastrında Azərbaycan təcrübəsini yüksək qiymətləndirib, bu sahədə əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Həyata keçirilən qarşılıqlı səfərlərin, geniş təcrübə mübadiləsinin, ikitərəfli əlaqələrin hər iki ölkənin qeydiyyat və kadastr sistemlərinin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Nümayəndə heyəti təlimin ilk günü Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində əmlak idarəçiliyi sahəsində tətbiq edilən informasiya resursları, müasir proqram təminatları ilə tanış olub. Nümayəndə heyəti ilə komitə əməkdaşları arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı interaktiv təcrübə mübadiləsi aparılıb. Aidiyyəti dövlət və bələdiyyə orqanları ilə “Elektron İnformasiya Sistemləri” vasitəsilə məlumat mübadiləsinin aparılması, arxiv işinin təşkili, arxivlərin elektronlaşdırılması, daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” sistemindən istifadə, o cümlədən məhkəmələr və banklar tərəfindən hüququn məhdudlaşdırılmasına (məhdudiyyət, yüklənmə) dair əməliyyatların aparılması təcrübəsinin öyrənilməsi, əmlaka həbs və qadağaların dövlət reyestrinə daxil edilməsi üçün məlumat bazasının elektron məhkəmə sistemi üçün açılması təcrübəsinin öyrənilməsi kimi məsələlər müzakirə olunub, bu sahələrdəki mövcud praktikalardan bəhs edilib. Qeyd olunub ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində aparılan islahatlar nəticəsində proseduralar sadələşir, tətbiq edilən yeniliklərin miqyası genişlənir, vətəndaş məmnunluğu təmin edilir. Bildirilib ki, ölkəmizdə dövlət reyestrindən çıxarışlar artıq elektron şəkildə hazırlanır, çıxarışların 1 iş günü müddətində verilməsi imkanı mövcuddur, bununla yanaşı, çıxarışlar elektron şəkildə arxivləşdirilir.

Təlimin ikinci günü daşınmaz əmlakın kadastrı və coğrafi məkan məlumatları sistemi sahəsindəki tətbiq edilən yeniliklər, bu sahədəki Türkiyə təcrübəsi öyrəniləcək. Türkiyədə Kadastr Məhkəmələrinin fəaliyyəti, torpaqların elektron kadastr uçotu haqqında, daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının qarşılıqlı inteqrasiyası və mövcud bazaların aktuallığının təmin edilməsi, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması, o cümlədən fasiləsiz fəaliyyət göstərən coğrafi mövqeləndirmə şəbəkəsinin idarə edilməsi məsələləri müzakirə ediləcək.

Ölkəmizdə ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotu işlərindən danışılıb. Bildirilib ki, elektron kadastr uçotu işləri nəticəsində əldə edilən məlumatlar əmlak idarəçiliyi, eləcə də digər sahələr üçün istinad və mənbə rolunu oynayır. Bu sahədə əldə olunan müfəssəl informasiyaların daşınmaz əmlakın reyestri sisteminə inteqrasiya edilməsi əmlakın qeydiyyatı ilə bağlı əməliyyatların daha dəqiq həyata keçməsinə imkan verir. Belə ki, torpaqların faktiki istifadə vəziyyəti ilə kadastr sənədlərindəki məkan göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır, qeydiyyat prosesi sistemli şəkildə həyata keçirilir. Bölgələrdə kadastr uçotu işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət və özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Bu işlərin icrası zamanı paralel olaraq torpağın keyfiyyət göstəriciləri də öyrənilərək toplanmış məlumatlar elektron bazaya daxil edilir. Yay otlaqlarının geobotanik, habelə torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir.

Təlim qarşılıqlı müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Heydər Əliyevin tövsiyələri ilə formalaşan Azərbaycan gəncliyi dövlətə sədaqətlə xidmət edir - ŞƏRH

“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti

Yeniləşən Akademiyada rəqəmsallaşma üzrə müavinlərin seçilməsinə dair müsahibə təşkil olunub

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın canlanması Heydər Əliyev ideyalarının təntənəsidir ŞƏRH

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib VİDEO

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb

Liderliyin Heydər Əliyev zirvəsi

Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik

Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər

Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub

Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur

Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb

Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləridir

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis turnirində 17 məktəbli mübarizə aparıb

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Praqa hava limanında dron insidenti uçuşları pozub

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Gəncədə Ulu Öndərin şəhərin memarlıq mühitindəki rolundan bəhs olunub

Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır

Sabunçuda Ulu Öndərin doğum günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Xalqımızın qəlbində yaşayan əbədi lider

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub

Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

İkinci Dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sabah hava əsasən yağmursuz olacaq

Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

FHN: Mingəçevirdə hoteldə baş verən yanğın söndürülüb

Türkiyədə Azərbaycan Kino Günləri davam edir

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Bu saata olan əsas xəbərlər

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək

Cəlilabadda mübahisə qanlı hadisə ilə nəticələnib

Xalqa bağışlanan ömür

Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib

Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb- FAKTİKİ HAVA

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb

Ümummilli Liderin Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyi başa çatıb

Həyatını xalqına həsr etmiş lider

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

Səfir Aşqabadda yaşayan 100 yaşlı müharibə veteranı Tahirə Əliyevanı ziyarət edib

Heydər Əliyevin natiqlik məharəti milli sərvət kimi dəyərləndirilir

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Heydər Əliyevin iqtisadi strategiyası: müasir Azərbaycanın inkişaf modeli

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

Bəşəriyyət üçün dahilik nümunəsi

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

CNN: İranın Ali Rəhbəri hələ də Tehranın hərbi strategiyasını formalaşdırır

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Tramp: Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatı bərpa oluna bilər

ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib, iki nəfər ölüb

Tramp: İrandan tezliklə cavab gözləyirik

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

İsrail və Livan arasında “hərtərəfli sülh sazişi” üzrə danışıqlar aparılacaq

Qulaqlıq istifadəçilərinə elektrik cərəyanı vurma riski ilə bağlı xəbərdarlıq edilib

Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır

Danimarka hökumətinin gələcəyi qeyri-müəyyən olaraq qalır

WSJ: ABŞ-İran danışıqları gələn həftə İslamabadda bərpa oluna bilər