Daşkəndin və Özbəkistanın mitropoliti, Orta Asiya Mitropolit Dairəsinin rəhbəri Vikentidən
Çox hörmətli cənab Prezident,
Sizi əlamətdar bayram - Azərbaycan Respublikası Günü münasibətilə təbrik etməyi özümə şərəf sayıram. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını salamlayır və ölkənizin bütün vətəndaşlarına səmimi qəlbdən firavanlıq, tərəqqi, bütün işlərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram.
Azərbaycan Respublikası beynəlxalq aləmdə layiqli yer tutur. Sizin gözəl ölkənizdə hər il qazanılan uğurları dünyanın bütün dövlətləri böyük maraqla izləyir.
Müasir Azərbaycan çoxmillətli xalqın xoşbəxt və firavan həyatı, qurucu əməyi, tərəqqi yolu ilə ardıcıl irəliləməsi üçün hər cür şəraitin yaradıldığı, iqtisadiyyatın inkişafının təmin edildiyi, demokratiya təsisatlarının qurulduğu ölkədir. Onun ən böyük uğuru isə, şübhəsiz, Azərbaycan Respublikasının ərazisində yaşayan müxtəlif millətlərin və xalqların nümayəndələri arasında sarsılmaz sülh və qarşılıqlı anlaşmadır.
Cənab Prezident, sevimli ölkənizin iqtisadi, sosial, mədəni və mənəvi tərəqqisi işinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Respublikasında mənəviyyatın, vətənpərvərliyin, əxlaqi idealların bərqərar olmasında Sizin görkəmli xidmətləriniz və əməyiniz hamıya məlumdur.
Siz Vətənin layiqli oğlu kimi öz parlaq zəkanızın bütün qüvvəsini, yüksək istedadınızı və geniş qəlbinizi hamı tərəfindən qəbul edilən, şanlı və firavan dövlət qurulmasına həsr edirsiniz. Azərbaycan Respublikasının ərazisində yaşayan insanlar bu gün ölkədə sabitliyi və sülhü, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı, asayişi, rifahı və həyatın bütün sahələrində gələcək tərəqqini Sizin adınızla və atanız Heydər Əliyevin adı ilə bağlayırlar.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, böyük uğurlar diləyir, şanlı Vətən naminə, Azərbaycan Respublikasının şanlı xalqı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram.
Dərin hörmətlə,
Vikenti
Daşkəndin və Özbəkistanın mitropoliti,
Orta Asiya Mitropolit Dairəsinin rəhbəri