DAŞKƏSƏN ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, oktyabrın 31-də Daşkəsən şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev heykəlin üzərindən ağ örtüyü götürdü. Postamentlə birlikdə abidənin hündürlüyü 6 metrdir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına da baxdı, burada sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini yüksək qiymətləndirdi.