Daşkəsən şəhərinin daxili yolları asfaltlanır
Daşkəsən, 8 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsən şəhərinin daxili yollarında asfaltlanma işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görülən tədbirlər yol infrastrukturunun müasirləşdirilməsinə, həm piyadalar, həm də nəqliyyat vasitələri üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin yaradılmasına xidmət edir.
Rayon ərazisində bu istiqamətdə işlərin növbəti mərhələlər üzrə davam etdirilməsi nəzərdə tutulur.