Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAŞKƏSƏNDƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Oktyabrın 31-də Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı burada böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.

Dövlətimizin başçısına məlumat verildi ki, 12 mənzildən ibarət üçmərtəbəli binanın iki mərtəbəsi Nazirlər Kabinetinin, bir mərtəbəsi isə Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir. Birinci-ikinci mərtəbələrdəki 8 mənzil aidiyyəti üzrə paylanır. Üçüncü mərtəbədəki 4 mənzil isə internat məktəbində böyümüş gənclər ailə qurduqdan sonra onlara veriləcəkdir.

Prezident İlham Əliyev ayrı-ayrı mənzillərə baxaraq, burada yaradılan şəraitlə yaxından tanış oldu və görülən işləri yüksək qiymətləndirdi. Respublikamızın rəhbəri adından hər mənzilə televizor hədiyyə edildi.

Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sahiblərinə təqdim etdi.

Şəhid Mikayıl Mustafayevin atası Murtuzəli Mustafayev Prezidentə müraciət edərək, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən qayğıya, o cümlədən belə rahat mənzillər verilməsinə görə minnətdarlığını bildirdi.

Rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin sədri Bəxtiyar İsmayılov da dövlətimizin başçısına təşəkkür edərək, gələcəkdə də belə binaların tikilməsinə ehtiyac olduğunu söylədi.

İLHAM ƏLİYEV: Burada nə qədər Qarabağ müharibəsi əlili var?

BƏXTİYAR İSMAYILOV: Daşkəsən rayonunda 38 nəfərdir.

İLHAM ƏLİYEV: Onların ev şəraiti yaxşı deyil?

BƏXTİYAR İSMAYILOV: Xeyr.

İLHAM ƏLİYEV: Yavaş-yavaş həll edərik. İndi bütün rayonlarda şəhid ailələri, Qarabağ əlilləri üçün yaşayış binaları tikilir və daha da çox tikiləcəkdir. Bizim iqtisadi imkanlarımız artır. İlk növbədə, biz ehtiyacı olan insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Xüsusilə, Qarabağda vuruşan və sağlamlığını itirmiş insanların həyat səviyyəsini yaxşılaşdırmaq hər bir vəzifəli şəxsin borcu olmalıdır. O cümlədən şəhid ailələrinə qayğı. Düzdür, bu evlər, bu şərait həlak olmuş insanları qaytarmaz. Amma heç olmasa, sizin dərdinizi bir balaca yüngülləşdirir. Ona görə bu siyasət Azərbaycanda aparılır. Bütün rayonlarda bu siyasət davam edəcəkdir. Ona görə də siz arxayın olun, belə binalar çox tikiləcəkdir.

Sizi bir daha təbrik edirəm. Arzu edirəm ki, bu gözəl evdə xoşbəxt yaşayasınız. Siz çox böyük çətinliklər çəkmisiniz, əlil olmusunuz, doğmalarınızı itirmisiniz. Ona görə gərək bütün icra nümayəndələri sizə qayğı göstərsinlər.

İcra hakimiyyətinin başçısı da burada yaxşı işlər görür. Görürsünüz ki, Daşkəsəndə qısa müddətdə böyük dəyişikliklər olubdur.

MURTUZƏLİ MUSTAFAYEV: Cənab Prezident, hələ indiyədək Daşkəsən rayonuna belə icra nümayəndəsi gəlməmişdir. Göndərdiyiniz kadra görə çox sağ olun. Bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin göstərişləriniz uğurla icra edilir. Daşkəsən camaatının 85 faizi işsizlikdən qurtarıbdır. İndi normal şəraitdə yaşayırıq. Sizə çox minnətdarıq. Hazırda başqa rayonlardan gəlib Daşkəsəndə işləyirlər. Vaxtilə bizim camaat buradan Şəmkirə, Bakıya, başqa yerlərə çörək dalınca gedirdi. Bəli, Sizin sayənizdə çörək tapmışıq. Günümüz çox yaxşı keçir.

İLHAM ƏLİYEV: Düz deyirsiniz, bundan sonra buraya başqa rayonlardan işləməyə gələcəklər. İndi böyük kombinat işə başlayır. Burada minlərlə insan işləyəcəkdir. Zavodlar olacaq, infrastruktur yaradılır, yol çəkilir. Bilmirəm, siz təzə yolla getmisiniz, yoxsa yox, çox yüksək səviyyədədir.

MURTUZƏLİ MUSTAFAYEV: Bəli, getmişik. Cənab Prezident, ilk dəfədir Daşkəsən rayonuna bu cür yol çəkilibdir. Heç SSRİ-nin vaxtında da belə yol olmayıbdır.

İLHAM ƏLİYEV: Düzdür, heç vaxt olmayıbdır. Amma indi ən yüksək səviyyədədir. Ona görə də Daşkəsən rayonu irəliyə gedəcəkdir. Artıq burada gözəl işlər görülür, şəhər abadlaşır. İndi işıq, qaz problemi də həll olunur.

Elektrik enerjisi ilə təminat necədir?

MURTUZƏLİ MUSTAFAYEV: Yaxşıdır, problem yoxdur. Əvvəllər çətinlik olurdu, amma indi yoxdur.

İLHAM ƏLİYEV: İndi biz Azərbaycanda 6 elektrik stansiyası tikirik. Nə üçün? Ona görə ki, hər yerdə işıq olsun. Ən ucqar kənddə də, ən uzaqda yerləşən yerdə də işıq olmalıdır. Daşkəsən də belə yerlərdən biridir. Azərbaycanın başqa rayonlarından fərqli olaraq, ucqar rayondur. Özü də buraya yol ancaq Gəncədəndir. Ona görə prinsipcə belə rayonların, yəni əsas magistral yollardan kənarda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilməlidir. Çünki mərkəzdə yerləşən rayonlarda iş daha çoxdur, gediş-gəliş var, ticarət daha yaxşı gedir. Amma ucqar yerlərdə imkanlar o qədər də geniş deyildir. Ona görə ilk növbədə diqqət bu rayonlara göstərilməldir.

Biz Lerikə, Yardımlıya, Xınalığa, indi Daşkəsənə yol çəkdik. Nə üçün? İnsanlar rahat gedib-gəlsinlər, yaxşı yaşasınlar. Ona görə bu bizim planlarımızdır və siz də bunu görürsünüz ki, burada qısa müddətdə çox böyük dəyişikliklər olubdur. Bundan sonra da olacaq ki, insanlar yaxşı yaşasınlar.

TAHİR KƏRİMOV: Cənab Prezident, Sizin rayonların inkişafı, insanların yaxşı yaşaması üçün qarşıya qoyduğunuz hər bir tapşırığı bundan sonra da ləyaqətlə yerinə yetirməyə çalışacağıq.

BƏXTİYAR İSMAYILOV: Cənab Prezident, rayon rəhbərliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə qayğı göstərilir.

İLHAM ƏLİYEV: Hər bir vəzifəli şəxs xalqa xidmət etməlidir. Prezident kimi mən də öz borcumu bunda görürəm. Mən xalqa xidmət etmək üçün işləyirəm.

MURTUZƏLİ MUSTAFAYEV: Xalq Sizin arxanızdadır, Sizi dəstəkləyir, Sizə minnətdarıq. Bütün şəhid ailələri Sizin daxili və xarici siyasətinizi dəstəkləyir.

BƏXTİYAR İSMAYILOV: Cənab Prezident, Daşkəsən rayonu xoşunuza gəldimi?

İLHAM ƏLİYEV: Çox. Mən birinci dəfədir Daşkəsənə gəlirəm. Çox gözəl, səfalı məkandır. Dağlar, yollar, çaylar, - yolun kənarı ilə də çay axır, - çox gözəl mənzərədir. Şəhərin mərkəzi də çox müasirdir. Amma düzdür, köhnə şəkillərə baxanda mən bir az təəccübləndim və dedim ki, belə olmaz. Rayon son altı ay ərzində görkəmini tamamilə dəyişdi. Bütün binalar rənglənir, yeni binalar tikilir, təmir olunur, küçələr asfaltlanır, işıq dirəkləri qoyulur. Burada abadlıq var.

MURTUZƏLİ MUSTAFAYEV: Cənab Prezident, Daşkəsən sanki, Londondur. Qəribə səslənsə də, əvvəlki vəziyyətə baxdıqda, indi Londona bənzətmək olar. Bu, qısa müddətdə Sizin köməyinizlə olmuşdur.

İLHAM ƏLİYEV: Amma Londonda belə gözəl dağlar, belə təmiz hava yoxdur.

BƏXTİYAR İSMAYILOV: Cənab Prezident, Sizdən bir xahişimiz də var. Rayonumuzdan olan Qarabağ müharibəsi əlilləri uzun müddətdir avtomobil növbəsindədirlər. İndiyədək Daşkəsəndən bir nəfər də avtomobil almayıbdır.

İLHAM ƏLİYEV: Almayıb?

TAHİR KƏRİMOV: Cənab Prezident, əmək və əhalinin sosial müdafiəsi naziri ilə danışmışam.

İLHAM ƏLİYEV: Mənim adımdan deyin, tezliklə təşkil edib göndərsin.

BƏXTİYAR İSMAYILOV: Cənab Prezident, çox sağ olun.

X X X

Prezident İlham Əliyev yeni mənzillərin sahiblərini bir daha təbrik etdi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Gədəbəy rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Heydər parkının və ulu öndərin abidəsinin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.

Sonra Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy yatağı məhsullarının geoloji sərgisinə, Gədəbəy İdman Kompleksinə baxdı, əsasən ruslar yaşayan Slavyanka kəndində rus icmasının nümayəndələri ilə görüşdü, burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən orta məktəb binasında inşaat işlərinin gedişi ilə tanış oldu.

X X X

Həmin gün Gədəbəydən Şəmkir rayonuna gələn Prezident İlham Əliyev ulu öndərin abidəsi önünə gül qoydu, Heydər Əliyev muzeyinin açılışında iştirak etdi.

Dövlətimizin başçısı sonra Şəmkir Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində nitq söylədi, Şəmkir-Qazax avtomobil yolunun açılışı mərasimində iştirak etdi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parka gələrək, görkəmli oftalmoloq alimin abidəsi önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev həmin gün Şəmkir quşçuluq fabriki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş Füzuli qəsəbə orta məktəbi ilə də tanış oldu.

(Dövlətimizin başçısının Gədəbəy və Şəmkir rayonlarına səfəri barədə materiallar qəzetin növbəti nömrələrində dərc ediləcəkdir).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib