Davamlı inkişafda kadr potensialının təkmilləşdirilməsi ümdə məsələdir
İsmayıllı, 19 iyun, AZƏRTAC
İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi layihəsi” çərçivəsində seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunan seminarı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq mövzunun aktuallığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün məsələ ilə bağlı seminar, treninq və toplantılara ciddi ehtiyac vardır.
Seminarda Dövlət İdarəçilik Akademiyası inzibati idarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov məruzə ilə çıxış edib. Məruzəçi deyib ki, bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafın təmin edilməsi dünyanın qabaqcıl ölkələrinin təcrübəsini, müasir elmi-texniki yenilikləri yaxşı bilən potensial kadr ehtiyatlarından çox aslıdır və bu məsələ günün ümdə vəzifəsidir. Təsadüfi deyil ki, dövlət kadr potensialının təkmilləşdirilməsinə böyük önəm verir.
Sonra seminar diskussiya şəraitində davam etdirilib.