DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran Şəhər Polis Şöbəsində Astara, Lənkəran və Masallı rayonlarının sakinlərini onların müraciətlərinə əsasən qəbul etmişdir.
Nazir R.Usubov 25 nəfərin şikayətini dinləmiş, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin icrası, cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı hər üç rayonun daxili işlər şöbəsinin rəhbərlərinə tapşırıqlar vermişdir.