DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir ötən ilin iyulunda Avstriyanın federal daxili işlər naziri xanım Liza Prokopun dəvəti ilə bu ölkəyə rəsmi səfəri zamanı Jeşut ilə görüşdüyünü, ölkələrimizin hüquq mühafizə orqanlarının fəaliyyəti, yeni təhdid və təhlükələr əleyhinə birgə fəaliyyətin müxtəlif istiqamətləri və bir sıra digər məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıqlarını xatırlatmışdır.
Daha sonra avstriyalı qonağa Daxili İşlər Nazirliyinin funksiyası, fəaliyyət istiqamətləri və kriminogen durumla bağlı məlumat verilmişdir.
General-polkovnik Ramil Usubov müstəqilliyimizdən ötən dövr ərzində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, eləcə də hüquq mühafizə orqanlarında çox böyük işlər görüldüyünü, əsaslı hüquqi, demokratik islahatlar aparıldığını və bu işin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, demokratik prosesləri əks etdirən və Avropa standartlarına cavab verən bir çox qanunların qəbulu polisin fəaliyyətinin təkmilləşməsində mühüm rol oynamışdır. Eyni zamanda, DİO-nun fəaliyyətinin beynəlxalq normalara uyğun qurulması üçün bir sıra struktur dəyişiklikləri aparılmış, yeni xidmət sahələri yaradılmışdır.
Polisin xidməti fəaliyyətində qarşılaşdığı problemlərə toxunan nazir, son illər mütəşəkkil transmilli cinayətkarlığın qlobal xarakter aldığını, onun ayrı-ayrı növlərindən ölkəmizin də əziyyət çəkdiyini bildirmiş, bu növ cinayətlərin qarşısının alınmasının yalnız beynəlxalq birliyin birgə səyləri nəticəsində mümkün ola biləcəyini vurğulamışdır.
Daxili işlər naziri bu səfərin Avstriyanın hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini bildirmişdir.
İohann Jeşut həqiqətən də elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə etməklə, qeyri-leqal fəaliyyətlə məşğul olanların cinayətlərinin qarşısının alınmasında birgə fəaliyyət göstərməyin vacibliyini diqqətə çatdırmışlar.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.