Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəhşətli gecə ailəmizin faciəsinə çevrildi…

Dəhşətli gecə ailəmizin faciəsinə çevrildi…

Bakı, 15 fevral, AZƏRTAC

Otuz bir ildir ki, doğma yurd həsrəti ilə yaşayır, itkin düşən əzizlərimin yolunu gözləyirəm. Nə atamın, nə bacımın məzarı yoxdur ki, gedib ziyarət edim... Xocalıda hadisədən bir müddət əvvəl xəstəlikdən vəfat edən bir bacımın məzarı qalıb. Amma onu da ziyarət edə bilmirəm. Ermənilər Xocalını odlara qalayıb evləri yerlə-yeksan etdilər, doğma yurdu viranə qoydular, minlərlə həyatı darmadağın etdilər. O dəhşətləri görən hər kəs ömürlük yara alıb. Nə qədər zaman keçsə də, evi-eşiyi dağılan, yurdu viran qalan, əzizləri itkin və şəhid olan kimsə o gecə törədilən soyqırımı yadından çıxara bilməz...

Bunu AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Xocalı sakini İman Allahverdiyev deyib.

Faciədən bir neçə il əvvəl ermənilərin əsl üzünü Xankəndidə işlədiyi vaxtlarda gördüyünü deyən müsahibimiz bildirib: “Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla Xankəndidəki mebel fabrikinə işləməyə göndərildim. Fabrikdə azərbaycanlılar az olsa da, hiss edirdik ki, ermənilər bizdən gizlin fəaliyyətlə məşğuldurlar. “Krunk” cəmiyyəti üçün pul yığır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması, azərbaycanlıların qovulması barədə təbliğat aparırdılar. Onda 1988-ci ilin əvvəlləri idi. Həmin ilin fevralında baş verən Sumqayıt hadisələrindən sonra ermənilər daha da aqressivlik nümayiş etdirməyə başladılar. Məni guya Sumqayıt hadisələrində iştirak edib erməniləri öldürənlər arasında olmaqla şantaj elədilər. İnsanları elə inandırmışdılar ki, iki-üç nəfərdən savayı, hamı mənimlə əlaqəni kəsmişdi. Hətta Sumqayıt erməniləri hücum edərək məni fabrikdən qovmaq istəyirdilər. Özümü təmkinli apararaq fabrikdən çıxmadım. Hətta bir dəfə mənə qarşı sui-qəsd təşkil etmək cəhdi də oldu. Bundan sonra da təqiblərlə üzləşdim, lakin fabriki tərk etmədim. Xankəndidə azərbaycanlılar yaşayan məhəllələri yandırıb bizi evsiz-eşiksiz qoyandan sonra Xocalıya üz tutmalı oldum.

1988-ci ilin sentyabrında ermənilər Xankəndidən Xocalıya basqın etdilər. Basqının qarşısı alınandan sonra Xocalıda postlar quruldu, özünümüdafiə dəstələri yaradıldı. Mən də özünümüdafiə dəstələrinə qoşuldum. Camaatda olan silahları, ov tüfənglərini əlimizdən almışdılar. Min bir müsibətlə gedib oradan-buradan silah tapıb gətirir, şəhəri quldur erməni birləşmələrinin basqınlarından qorumaq üçün növbə ilə postlarda dururduq. Xocalı dörd tərəfdən ermənilərin əhatəsində idi. Ətrafımızda olan Əsgəran və Xankəndidə yalnız ermənilər yaşayırdı. Xankəndidən çıxarılan azərbaycanlıların, Ermənistandan qovulan qaçqınların, həmçinin Axısxa türklərinin bir hissəsi Xocalıda məskunlaşmışdılar. Getdikcə vəziyyət gərginləşirdi. Xankəndidə, Əsgəranda azərbaycanlıların olduğu maşınların qarşısını kəsir, əzir, insanlara qarşı kobud davranış nümayiş etdirirdilər. Bizdən Xocalıdan çıxmağı tələb edirdilər”.

Xocalıda getdikcə hər şeyin tükəndiyini, yollar bağlandığına görə gediş-gəlişin ancaq helikopterlə mümkün olduğunu bildirən İman Allahverdiyev deyib: “Get-gedə düşmənçilik daha da artırdı. Əsgəranda həmkəndlilərimizin güllələnməsindən sonra yol tamamilə bağlandı. Xocalı mühasirədə qaldı, ümid ancaq hərdənbir gələn helikopterə qalmışdı. Daha çox Gəncədən yanacaq, ərzaq təminatı göndərilirdi. Fevralın 13-də Xocalıya sonuncu helikopter gəldi.

Ermənilər Xocalıya “Alazan” raketləri atırdılar. Son vaxtlar isə şəhər üç tərəfdən atəşə tutulurdu. Bir dəfə şəhərə atılan raket xoş təsadüf nəticəsində bizdən bir az aralı düşmüşdü. Vəziyyət o qədər gərgin və təhlükəli idi ki, qız-gəlini şəhərdən çıxarmaq zərurəti yaranmışdı. Anamın dəfələrlə təkidindən sonra onu, həyat yoldaşımı və uşaqlarımı Xocalıdan çıxarıb Ağdama apardım. Atam isə evimizi tərk etmədi. O, Xocalının işğal ediləcəyinə inanmırdı. Əslində özüm də həmin qənaətdə idim. İndi təəssüf edirəm ki, kaş atamı yola gətirib oradan çıxaraydım...

Hadisədən xeyli əvvəl Gəncədən ərzaq gətirməyə getmiş və rəhbərliyin tapşırığı ilə orada qalmışdım. Hadisəni eşidəndə, yəni fevralın 26-sı Ağdama gedəndə isə gördüklərim məni dəhşətə gətirdi. Məlum oldu ki, atam Savalan kişi və rayon sakini Şahin Ağdamın Abdal-Gülablı kəndinin yuxarı tərəfində - Xocalının Dəhraz kəndində ermənilərə əsir düşüblər. Onlar Ağdama getmək istəyərkən yolu səhv salaraq ermənilər olan əraziyə çıxıblar. Atam İkinci Dünya müharibəsi zamanı almanlara əsir düşmüş, 29 gün qalandan sonra oradan sağ çıxmışdı. 1946-cı ildə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası zamanı Xocalıya üz tutmuşdu. 83 yaşlı atamın nə ölüsündən xəbərimiz oldu, nə də dirisindən...

Bacım Çiçəyin taleyindən də xəbər tuta bilmədik. Oğlu Əbülfət Əliyev aeroport polisində işləyirdi, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin başçılıq etdiyi dəstənin üzvü idi. Onlarla Xocalı sakininin xilas olmasına kömək etmişdi. Hadisələr zamanı yaralandı, çoxlu qan itirdiyindən şəhid oldu. Çiçəyin nəvəsi Rüfət Xocalıda vəziyyət gərginləşəndə əyani təhsilini qiyabiyə dəyişərək Xocalıya qayıtdı. Soyqırımı günü ermənilərə əsir düşdü. Onunla birlikdə 12 nəfəri əsir aparmışdılar, heç birinin taleyi haqqında məlumat yoxdur.

O biri bacım Göyçəyin həyat yoldaşı Mürşüd qətliam zamanı şəhid oldu, qızları Heyran, həyat yoldaşı Firdovsi, iki uşaqları ilə bir yerdə itkin düşdülər. İndi onun Mehdi adında bir övladı yadigar qalıb. Xocalıda hər iki valideynini itirən uşaqlardan biridir. O, babasının qucağında Ağdama gəlmişdi.

Dayım nəvəsi Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov xeyli Xocalı sakininə kömək etsə də, ermənilər onu güllə ilə boğazından vuraraq qətlə yetirdilər”.

“Həyat yoldaşım Aygünün atası əsir düşmüşdü, Qırmızı Aypara Cəmiyyəti vasitəsilə onu geri qaytarmaq mümkün oldu. Qayınlarım Zahid Ağayev, Vüsal Ağayev itkindirlər. Zahid döyüşçü idi. Fevralın 26-na keçən gecə qarlı-şaxtalı havada nə qədər kənd sakinini Qarqar çayının bir tərəfindən o biri tərəfinə keçirib. Balaca qardaşı Vüsalı keçirmək istəyəndə Vüsal çaya düşmüşdü. Zahidin ayaqlarını don vurmuşdu. Hər ikisinin meşədə donduğu deyilsə də, onların taleyindən müfəssəl məlumat ala bilmədik. Həyat yoldaşımın dayısı Elxan Səfiyev də əsir götürülüb və onun da sonrakı taleyindən xəbərsizik. O, Xocalıda ən yaxşı raket atanlardan biri idi. Onunla birlikdə Xocalının sayılıb-seçilən 70 cavan və cəsur oğlanlarını əsir götürdülər, heç biri haqqında məlumat almaq mümkün olmadı. Elxanın altıaylıq övladı isə qarlı havada donub öldü.

Ağdam məscidində üzləşdiyim mənzərə ən daşürəkli adamı da heyrətə gətirərdi: başı, əzaları olmayan, donan adamlar, ağır artilleriya ilə vurulan uşaq və böyüklər... Şəhidlərimizi Ağdamda dəfn etdik. Aradan ötən bu illər ərzində yaxınlarımızdan xəbər tutmamaq çox ağır və dəhşətlidir”, - deyə İman Allahverdiyev acı təəssüf hissi keçirir.

O, söhbətini belə bitirib: “Vətən müharibəsində əldə edilən Qələbədən sonra Xocalıya dönəcəyimzə ümidimiz artıb. Bir gün yenidən doğma torpaqlara üz tutacağıma, doğma Xocalını görəcəyimə inanıram. Qəhrəman oğulların Xocalının qisası ilə irəli atılması illərdən bəri qəlbimizdə kök salan yaraya məlhəm oldu. Bu müqəddəs yolda canını qurban verənləri, başımıza gətirilən faciələrin intiqamını canı, qanı bahasına alanları biz də heç vaxt unutmayacağıq...”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir