Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb
Pekin, 8 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, KXDR lideri Kim Çen Inın dəvəti əsasında baş tutan səfər iki gün davam edəcək. Bu, ÇXR Sədri Si Cinpinin cari ildə ilk xarici səfəri olmaqla yanaşı, həm də onun Çin lideri kimi Şimali Koreyaya 2-ci səfəri olacaq. Bundan əvvəl, o, 2019-cu ildə Şimali Koreyada səfərdə olub.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çində səfərdə olarkən iki ölkənin liderinin görüşü olub. İki ölkə arasında sıx siyasi, iqtisadi münasibətlər var. Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 65-ci ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]
İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib
- 08.06.2026 [11:58]
Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər
- 08.06.2026 [11:35]
Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]