Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək
Bakı, 8 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyunun 12-də Şəmkir şəhərində Şəmkir Gənclər Evinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 60) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 11 saylı Şəmkir Ərazi İdarəsinə (telefonlar: 051-474-80-10, (012) 510-84-12 və ya elektron poçt ünvanı: [email protected]) iyunun 11-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.