Yaponiyada sunami xəbərdarlığı elan olunub
Pekin, 8 iyun, AZƏRTAC
Filippinin cənubunda baş verən güclü zəlzələdən sonra Yaponiyada sunami xəbərdarlığı elan edilib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyi ölkənin cənub sahillərində, o cümlədən İbaraki və Okinava prefekturalarında sunami təhlükəsi ehtimalı olduğunu bildirib. Sahilə yaxınlaşan dalğaların hündürlüyünün bir metrə çata biləcəyi gözlənilir.
Agentliyin nümayəndəsi Kiyomoto Masaşi jurnalistlərə bildirib ki, 2023-cü ilin dekabrında təxminən eyni arenada baş verən 7,6 bal gücündəki zəlzələdən sonra Yaponiya sahillərində sunami müşahidə olunmuşdu. O, afterşokların davam etdiyini nəzərə alaraq, hazırkı zəlzələdən sonra hündür dalğaların yarana biləcəyini deyib.
Agentlik əhalini sahildən uzaq durmağa, dənizdə olanları dərhal quruya çıxmağa çağırıb. Sunami xəbərdarlığının hava limanlarının və dəmir yollarının fəaliyyətinə təsiri olmayıb.
Qeyd edək ki, iyunun 7-də gecə saatlarında Filippinin cənubundakı Mindanao adasında 7,8 bal gücündə zəlzələ olub. İlkin məlumatlara görə məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla 37 binaya ziyan dəyib. Azı 8 nəfər həlak olub, təxminən 200 nəfər xəsarət alıb. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası Filippin, İndoneziya, Malayziya və Yaponiya daxil olmaqla regionda sunami təhlükəsinin olduğunu açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]