Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Bakı, 8 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində hibrid formatda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev müasir dövrdə rəqəmsal texnologiyaların humanitar elmlərin müxtəlif sahələrinə, xüsusilə folklorşünaslıq tədqiqatlarına göstərdiyi təsirdən bəhs edib. O, folklorun rəqəmsal mühitdə yalnız qorunub saxlanılmadığını, eyni zamanda, yeni semantik məzmun, təqdimat formaları və kommunikativ imkanlar qazandığını vurğulayıb. Hikmət Quliyev bildirib ki, ənənəvi mədəni irsin virtual məkanda yenidən istehsalı və dövriyyəyə daxil olması folklorun dinamik təbiətini, dəyişən sosial-mədəni şəraitə adaptasiya imkanlarını və qlobal informasiya məkanında yaşarlılığını nümayiş etdirir. Direktor təqdim olunan məruzənin müasir folklor proseslərinin elmi-nəzəri aspektlərinin araşdırılması baxımından aktual olduğunu diqqətə çatdırıb.

Seminarda şöbənin kiçik elmi işçisi Cəmilə Novruzova “İnternet folkloru kontekstində xınayaxdı mərasimi: ənənəvi və virtual mühitdə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir informasiya texnologiyalarının və internet mühitinin folklorun yaşama və yayılma formalarına təsiri məsələləri araşdırılıb, internet folklorunun ənənəvi folklorun yeni şəraitdə davamı kimi formalaşdığı qeyd olunub. Bildirilib ki, rəqəmsal kommunikasiya vasitələri folklor nümunələrinin daha geniş auditoriyalara çatdırılmasına, onların yeni forma və məzmun qazanmasına imkan yaradır. Məruzədə, həmçinin internet və qlobal mədəniyyətin təsiri altında xınayaxdı mərasiminin keçirdiyi transformasiya prosesləri araşdırılıb. Vurğulanıb ki, son illərdə sosial şəbəkələrin təsiri ilə “Henna Party” adı altında yayılan yeni təqdimat formaları ənənəvi mərasimin bir sıra elementlərini qorumaqla yanaşı, ona yeni estetik və vizual xüsusiyyətlər qazandırıb. Bu proses nəticəsində mərasim ailədaxili və lokal çərçivədən çıxaraq rəqəmsal mühitdə geniş auditoriyaya təqdim olunan mədəni hadisəyə çevrilib.

Məruzədə ənənəvi xınayaxdı ilə müasir “Henna Party” mərasimi müqayisə olunub, onların iştirakçı tərkibi, ritual elementləri, folklor mətnləri, musiqi və təqdimat formalarındakı dəyişikliklər təhlil edilib. Eyni zamanda, mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunaraq müasir xınayaxdı mərasimlərinə cəmiyyətin münasibəti və sosial media təsirləri barədə məlumat verilib. Qeyd olunub ki, ənənəvi xınayaxdı ilə müasir “Henna Party” arasındakı əlaqə folklorun davamlılıq və dəyişmə prinsiplərinin qarşılıqlı vəhdətdə təzahürünün nümunəsi kimi dəyərləndirilə bilər.

Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Səfa Qarayev çıxışında müasir toy mərasimlərində müşahidə olunan transformasiya proseslərinin nəzəri aspektlərinə toxunub. O, internet və rəqəmsal mühitin mərasimlərin təqdimatına və yayılmasına təsir göstərdiyini, lakin bu təsirlərin hər bir konkret kontekst daxilində ayrıca təhlil edilməsinin vacibliyini qeyd edib.

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Sərxan Xavəri mədəniyyətin diaxron inkişaf modelinə diqqət çəkərək müxtəlif tarixi dövrlərə, inanclara və sosial təcrübələrə aid elementlərin zamanla bir-birinə əlavə olunaraq vahid mədəni sistem formalaşdırdığını bildirib. O, xınayaxdı mərasimi kimi ritual nümunələrinin mədəni sistemin nüvə elementləri kimi çıxış etdiyini, onların rəqəmsal mühitə daşınmasının isə yeni mədəni tendensiyaların və transformasiya proseslərinin meydana çıxmasına şərait yaratdığını vurğulayıb. Alim təqdim olunan məruzənin bu istiqamətdə aparılmış uğurlu tədqiqat nümunəsi olduğunu qeyd edərək müəllifin mövzuya yanaşmasını müsbət qiymətləndirib.

Daha sonra çıxış edən Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi professor Almaz Həsənqızı xınayaxdı mərasimlərinin folklor və etnoqrafik xüsusiyyətlərinə toxunaraq bu sahədə apardığı uzunmüddətli müşahidə və tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, ənənəvi xınayaxdı mərasimləri yalnız haxışta və nəğmələrdən ibarət olmayıb, eyni zamanda, qadınlar tərəfindən icra olunan müxtəlif oyun-tamaşa formalarını, qarşılıqlı deyişmələri və dramatik səhnələri də özündə ehtiva edib. Professor xüsusilə qadınların müxtəlif sosial rollara girərək nümayiş etdirdikləri tamaşaların mərasimin mühüm komponentlərindən biri olduğunu vurğulayıb və bu materialların folklorun performativ xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

Müzakirələrdə AMEA Folklor İnstitutunun əməkdaşı Afaq Mustafayeva, institutun dissertantı Ülkər Yusifova və filologiya üzrə fəlsəfə doktoru Günay Yusifzadə çıxışlarında mövzunun aktuallığını vurğulayaraq ənənəvi mərasimlərin rəqəmsal mühitdə keçirdiyi transformasiya proseslərinin müasir folklorşünaslıq üçün mühüm tədqiqat istiqamətlərindən biri olduğunu qeyd ediblər.

Məruzə ilə bağlı müxtəlif təklif və qeydlər səsləndirilib, mövzunun gələcək tədqiqatlar üçün geniş perspektivlər açdığı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO