AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
AMADA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub. Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib.
Bununla yanaşı, Agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.