Dekorativ və iynəyarpaqlı ağaclarda unlu yastıcalar aşkarlanıb
Bakı, 31 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən müşahidələr zamanı bir sıra rayon və şəhərlərin istirahət parklarında dekorativ bəzək ağaclarında və iynəyarpaqlı ağaclarda unlu yastıcalar aşkar olunub.
AZƏRTAC xəbər verir ki, sirayətlənmiş ərazilərdə Dövlət Xidmətinin mütəxəssislərinin tövsiyələri əsasında mübarizə tədbirlərinə başlanılıb.
Unlu yastıcalar əsasən alma, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, əncir, çəkil, sitrus meyvələri, cökə və dekorativ bəzək ağacları, yemişan, gül, ümumilikdə, 250-dən çox bitki ilə qidalanır və ildə 2-3 nəsilvermə qabiliyyətinə malikdir.