Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputatın cəzalandırılması kimliyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabər olmasının göstəricisidir

Deputatın cəzalandırılması kimliyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabər olmasının göstəricisidir

Bakı, 4 avqust, AZƏRTAC

Ölkəmizdə növbəti dəfə yüksək vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həbs edilən şəxs ölkənin üç hakimiyyət qolundan biri olan Milli Məclisin deputatı, həm də Yeni Azərbaycan Partiyasının üzvü Eldəniz Səlimovdur. Deputat vəzifə səlahiyyətlərini aşaraq sıravi polis əməkdaşını döydüyü üçün cəzalandırılıb. Bu əməl qanunda sadə vətəndaş tərəfindən törədildiyi halda iki aya qədər inzibati həbslə nəticələnirsə, vəzifəli şəxs üçün üç ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə ilə qurtara bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Biz hüquqi dövlət quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoymaqdayıq” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir: “Görünən odur ki, qanunla deputatın toxunulmazlıq hüququ olsa da, qanun hamı üçün birdir. Çünki, Azərbaycan hüquqi dövlətdir və qanun hamıdan yüksəkdə dayanır. Bəzən hüquqi dövlətdə elə olur ki, sadə vətəndaşın cinayət hesab olunmayan əməli, vəzifəli və hətta daha yüksək vəzifəli şəxs tərəfindən törədildiyi təqdirdə, ağır cinayət sayılır. Bu fakt Azərbaycanda vəzifəsindən, statusundan və mövqeyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabərliyinin göstəricisidir. Qanunların qəbulunda birbaşa iştirak edən və ona səs verən deputat günlərin birində onu pozmağa çalışırsa, təbii ki, məsuliyyətə cəlb olunmalıdır.

Ölkəmizdə vəzifəli şəxslərin törətdikləri qanun pozuntularına görə məsuliyyətə cəlb olunmaları ilk hal deyil. Xüsusilə də, son dövrlər cəmiyyət olaraq həm hüquqi, həm də siyasi tərəfləri olan bu kimi hadisələrin intensiv müşahidəçisinə çevrilməkdəyik. Sadəcə, digər vəzifəli şəxslərin həbs olunmasından fərqli cəhəti bu oldu ki, indiki halda cinayət edən bir deputat idi və onun toxunulmazlıq hüququ var idi. Bu toxunulmazlıq hüququ, bəzi vəzifəli şəxslərin yanlış anladığı kimi ona istədiyi qanun pozuntusunu və ya cinayət etmək imkanını vermir, sadəcə, onun məsuliyyətə cəlb edilməsinin fərqli prosedurunu diktə edir ki, demək olar bütün müasir dövlətlərdə oxşar qaydalar mövcuddur. Buna görə də, konstitusiyamızda nəzərdə tutulmuş qaydada məlum deputatın cinayət məsuliyyətinə cəlb edilməsi üçün əvvəlcə onun toxunulmazlıq hüququndan məhrum edilməsi prosedurlarına əməl etmək lazım idi. Bu məqsədlə Baş prokuror tərəfindən Milli Məclisə müraciət edildi. Parlamentin İntizam komissiyasında deputatın əməli ilə bağlı rəy müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu. Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv edilməsi barədə qərar verdikdən sonra o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ibtidai istintaq müddətində barəsində məhkəmə qərarı ilə üç aylıq həbs müəyyən edildi. Təbii ki, hələ ibtidai araşdırma gedir və müvafiq obyektiv araşdırmadan sonra son sözü ədalət mühakiməsi deyəcək. Prosesin belə dəqiq incəliklə və mərhələli şəkildə davam etməsi də onu göstərir ki, cinayət törətməkdə təqsirli bilinsə belə, həmin şəxsin də hüquqları var və hüquqi dövlətdə istənilən şəxsin, hətta ən ağır cinayəti törətməkdə təqsirli bilinən insanın belə qanuni hüquqları qorunmalıdır”.

Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində atılan bu cür addımların konstitusion əsaslar və qanunvericiliyin tələbləri baxımından ciddi təməl prinsipləri olduğunu bildirən politoloq yazıb: “Sadəcə, hər növ qanunsuzluqları konstitusiyamızın və mövcud qanunvericilik bazamızın qadağan etməsinə baxmayaraq, uzun illər ərzində bunu ciddiyə almayanlar olub. Hətta son illər, xüsusilə də son prezident seçkilərindən sonra dövlətimizin başçısı tərəfindən ciddi şəkildə xəbərdar edilmələrinə rəğmən bu kimi xoşagəlməz fəaliyyətlərini davam etdirənlər var. Ötən ilin əvvəlində, Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizdə yeni siyasi konfiqurasiyaya keçidlə bağlı əhəmiyyətli məqamlara toxunan və bu prosesdə hər bir şəxsin, o cümlədən də vəzifəli şəxslərin yüksək məsuliyyət nümayiş etdirmələrinin vacibliyini qeyd edən Prezident İlham Əliyev kifayət qədər ciddi mesajlar verdi. Ancaq yenə də qanunsuz fəaliyyətlərini davam etdirən şəxslərin heç birinə fərq qoyulmadan törətdikləri qanunsuzluqlara görə adekvat şəkildə məsuliyyətə cəlb edilmələri bir daha təsdiq etdi ki, vəziyyət çox ciddidir. Nəzərə alsaq ki, verilən mesajlardan sonra Azərbaycan müqəddəs azadlıq müharibəsini apardı və uzun illərin işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etdi. İndiki bütöv və qalib Azərbaycanda dövlət və dövlətçilik əleyhinə olan qanunsuz hərəkətlərə, ümumiyyətlə, yer yoxdur və bu cür hallarla hazırkı kimi, ən ağır şəkildə mübarizə metodları tətbiq olunacaq”.

“Təəssüflər olsun ki, insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqları və cəmiyyətdə baş verən proseslərə obyektiv yanaşma tərzi ortaya qoyduqları iddiasında olan bəzi siyasi qüvvələr baş verən bu kimi proseslərə heç də ədalətli münasibət sərgiləmirlər. Bəzən özünü müxalif hesab edən şəxslərdən ən sıravisinin belə törətdiyi pozuntuya görə qanuni məsuliyyətə cəlb edilməsini tam fərqli şəkildə bütün dünyaya car çəkməyə çalışanlar indiki halda müəmmalı susqunluq nümayiş etdirir. Bu kimi qeyri-obyektiv mövqe sərgiləyən qüvvələrin çox rahat şəkildə gizlədə biləcəyi hadisəni, dövlətimiz və hüquq-mühafizə orqanlarımız tam obyektiv olaraq ictimailəşdirib qanuni addımlar atdılar. Xüsusilə də, hakim partiyaya mənsub olan və yeni seçilmiş Milli Məclisdə təmsil olunan bir şəxsə münasibətdə bu cür qanuni addımların atılması siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, hər bir əsl azərbaycanlı tərəfindən yalnız təqdir olunmalıdır. Bu, bir daha göstərir ki, biz Vətən müharibəsindən sonra təkcə regionda yeni reallığı müəyyən etməmişik, həm də ölkəmizin daxilində siyasi konfiqurasiyanın və hüquqi dövlət quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoymaqdayıq”, - deyə məqalədə qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib