Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dmitri Savelyev: “İqtisadi əlaqələrimiz getdikcə möhkəmlənir”

Dmitri Savelyev: “İqtisadi əlaqələrimiz getdikcə möhkəmlənir”

Moskva, 3 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, bu günlərdə Bakıda iki ölkənin münasibətlərində növbəti mərhələ olan VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işini başa çatdırıb. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində iqtisadi sahədə tərəfdaşlığa aid bir sıra sualları cavablandırıb.

-Dmitri İvanoviç, siz iki dövlətin strateji əlaqələrinin nizamlanmasında regionlararası forumun əhəmiyyətini necə qiymətləndirərdiniz?

-Həm dövlətlərarası, həm də horizontal səviyyədə - iki dövlətin regionları və ayrı-ayrı müəssisələri arasında əlaqələrin nizamlanması təkcə zəruridir. Bu cür əlaqə telləri nə qədər çox olsa, ölkələrimiz arasında münasibətlər bir o qədər möhkəm olacaq. Bu günə qədər Azərbaycan Rusiyanın 19 regionu ilə ticari-iqtisadi münasibətlər sahəsində 36 saziş imzalayıb, bütövlükdə isə Rusiya Federasiyasının 78 subyekti bizim cənub qonşumuzla əlaqə saxlayır.

Bu yüksəlişdə Regionlararası Forum inteqrasiya proseslərinin genişlənməsinə və konstruktiv təşəbbüslərin formalaşmasına kömək edən, biznes-strukturlar arasında təcrübə mübadiləsi və əlaqələrin tənzimlənməsi üçün imkan yaradan məkan rolu oynayır. Foruma maraq ilbəil artır: Bakı Forumunda Azərbaycanın 300-ə yaxın nümayəndəsi və Rusiyanın 9 regionundan 250-dən çox iştirakçı toplaşmışdı. Qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın bu cür birgə tədbirlər keçirdiyi yeganə ölkədir.

-Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin cari vəziyyətini necə səciyyələndirərdiniz?

-Qeyd etmək lazımdır ki, ölkələrimiz dünya iqtisadiyyatında neqativ hadisələrə qarşı uğurla müqavimət göstərir, neftin qiymətinin düşməsinin öhdəsindən gəlirlər. Rusiya və Azərbaycan bir-biri üçün çox qiymətli ticari tərəfdaşlardır. Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarına gedir. Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir: Azərbaycanın idxalında Rusiya 17,9 faiz pay ilə liderlik edir, respublikanın ümumi əmtəə dövriyyəsində bizim ölkəmiz 11,4 faiz təşkil edir.

Bizim iqtisadi əməkdaşlıq potensialımız çox böyükdür və hər iki tərəf bu potensialı reallaşdırmaq üçün kifayət qədər səy göstərir. Son illərdə neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda ÜDM üçqat artıb, Neft Fondunun ehtiyatları artır, rəqabət qabiliyyətinə görə isə respublika iqtisadiyyatı dünyada 37-ci yeri tutur. Bu gün bütün Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Deməli, ölkədə biznes üçün, o cümlədən Rusiya biznesi üçün də çox böyük imkanlar var.

-Sizin fikrinizcə, iqtisadi əməkdaşlığın hansı istiqamətləri daha perspektivlidir?

-Son illərdə Azərbaycandan Rusiyaya aqrar məhsullar satışının həcmi əhəmiyyətli dərəcədə artıb, Rusiya maşınqayırma məhsullarının, o cümlədən kənd təsərrüfatı texnikasının Azərbaycana ixracında da artım müşahidə olunur. Ölkələrimiz arasında əmtəə axınlarını daha fəal artırmaq üçün Rusiya ərazisində logistika mərkəzləri tikilməsi tələb olunur. VII Regionlararası Forumda Tümen və Nijni Novqorod vilayətlərinin nümayəndə heyətləri bunun zəruri olduğunu bildirdilər. Lap yaxın vaxtlarda Kaspiyskdə iri ticarət-logistika mərkəzinin tikintisi layihəsi həyata keçiriləcək. Azərbaycanın “Caspian Invest Group” şirkəti bu layihəyə 10 milyard rubl sərmayə qoyacaq. Aqrar sahədə tərəfdaşlığın prinsipcə yeni formaları yaranır: Dağıstanda fındıq yetişdirilməsi üzrə müştərək təsərrüfat yaradılması perspektivi müzakirə edilir. Üstəlik, Dağıstan azərbaycanlı sahibkarlara torpaq icarəyə verməyə hazırdır. Beləliklə, onların yetişdirdiyi kənd təsərrüfatı məhsullarının dövlətlərimiz arasında sərhəddən keçməsinə ehtiyac olmayacaq.

Ənənəvi əməkdaşlıq sahələrinə son vaxtlar turizm, nəqliyyat, əczaçılıq malları istehsalı və informasiya-kommunikasiya texnologiyaları da əlavə olunub.

Lap təzəlikcə Pirallahı Texnoloji Parkının ərazisində əczaçılıq müəssisəsinin təməli qoyulub. Bu, Rusiyanın “R-farm” şirkətinin, Azərbaycanın “VİTA-A” şirkətinin və “Azərbaycan İnvestisiya Şirkəti”nin birgə müəssisəsi olacaq. Yerli kimyəvi xammal əsasında işləyəcək və 2018-ci ilin sonunda istifadəyə veriləcək bu müəssisə Azərbaycan əhalisini ucuz dərman preparatları ilə təchiz edəcək, məhsulun bir hissəsi isə ixrac üçün göndəriləcək.

2015-ci ildə Azərbaycanın ÜDM-də turizmin payı 3 faizdən çox olub. Bu halda orta hesabla hər üç turistdən biri rusiyalı olub. Qarşılıqlı turist axınları üçün çox böyük imkanlar var. Xəzərdə dəniz turizmini inkişaf etdirmək, Şimali Qafqaz respublikalarından Azərbaycana turist qatarları göndərmək olar. Dağıstan ərazisindən keçməklə, Həştərxandan Azərbaycan sərhədinə qədər çəkilən avtomobil yolu da tezliklə istifadəyə veriləcək. Bu ölkələrimiz arasında avtomobil turizminin inkişafına təkan verəcək.

-Bunlar yaxın gələcəyin işidir. Bəs artıq həyata keçirilmiş investisiya layihələrindən hansıları nümunə göstərə bilərdiniz?

-Belə layihələr çoxdur! Statistik məlumatlara görə, hazırda Azərbaycan ərazisində yüz faiz Rusiya kapitalına əsaslanan 200 müəssisə və 400-dən çox müştərək müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin Azərbaycan iqtisadiyyatının inkişafına qoyduğu investisiyaların məbləği 3 milyard dollara yaxındır. Məsələn, VTB Qrupu yeddi il ərzində “Bank VTB” (Azərbaycan) ASC törəmə bankının inkişafı üçün 300 milyon dollar ayırıb, nəqliyyat və kommunikasiyalar sahəsində 400 milyon dollar dəyərində layihələri maliyyələşdirib. “KamAZ” Publik Səhmdar Cəmiyyəti 2015-ci ildə Gəncə Avtomobil zavodunun istehsal gücləri əsasında yük maşınları yığma xətti açıb, cari ilin mart ayında isə “Avtomobilnıy zavod “Ural”” ASC də ona qoşulub.

Öz növbəsində Azərbaycan tərəfin Rusiya iqtisadiyyatına sərmayə qoyuluşu bir milyard dollara yaxındır. “Karat holdinq” şirkəti Yesentukidə “İstoçnik” sanatoriya-kurort mərkəzinin tikintisinə 25 milyon dollar sərmayə qoyub. “Karvan - L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” şirkəti üçün zavod və Dağıstanda “Anji” idman kompleksi inşa edib. “Azərsun Holdinq” Krasnodar diyarında çay fabrikini, habelə meyvə və tərəvəz konservləri istehsal edən zavodu istifadəyə verib. Elə həmin diyarda “Mətanət-A” şirkəti quru inşaat qatışıqları istehsal edən müəssisə tikir. Bu siyahını çox davam etdirmək olar.

-Sizin fikrinizcə, Rusiya Federasiyası subyektlərinin hansıları Azərbaycan ilə iqtisadi əlaqələri daha fəal inkişaf etdirir?

-Ölkələrimiz arasında ümumi əmtəə dövriyyəsində Azərbaycanın ən iri tərəfdaşlarının payı 75 faizdən çox təşkil edir. Belə tərəfdaşlar sırasına Moskva və Sankt-Peterburqu, Dağıstan və Tatarıstanı, Stavropol və Krasnodar diyarlarını, habelə VII Regionlararası Foruma ən böyük nümayəndə heyəti göndərmiş Həştərxan vilayətini aid etmək olar. Məsələn, Stavropol diyarından Azərbaycana taxıl, mineral gübrələr, heyvan yemi və plastik kütlə fəal ixrac edilir, azərbaycanlı biznesmenlər isə Mineralnıye Vodıda müalicəxanalar inşa olunmasında iştirak edirlər. Təkcə 2015-ci il ərzində bu region ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollara yaxın olub. Rusiyanın digər əraziləri də lider regionlara çatmaq üçün fəal çalışır. Tümen vilayətinin nümayəndə heyəti Bakı Forumunda polimerlərin birgə emalı barədə təkliflər irəli sürüb, Arxangelsk vilayəti isə Azərbaycana gəmiqayırma, ətlik-südlük heyvandarlıq və faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq təklif edib. Öz növbəsində, keyfiyyətli kənd təsərrüfatı məhsullarına ehtiyac duyan bu şimal regionu da öz sakinlərini Azərbaycanın sanatoriya-kurort müəssisələrinə göndərməyə hazırdır.

-Beləliklə, biz Bakı Forumunun gedişində əldə edilmiş konkret razılaşmalara yaxınlaşdıq...

-Elədir, bütövlükdə 10-dan çox sənəd imzalanıb, lakin məsələyə daha geniş miqyasda yanaşsaq, Rusiyanın hər bir regionu və Azərbaycanın hər bir rayonu onlarca bu cür müqavilə bağlaya bilərdi, ona görə də bu istiqamətdə birgə iş üçün çox böyük ehtiyatlar var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb