Donald Tramp “The Washington Post”u “Amazon” şirkətinin “əsas lobbiçisi” adlandırıb
Vaşinqton, 5 aprel, AZƏRTAC
“Amazon.com” internet şirkətinə qarşı tənqidi çıxışlarını davam etdirən ABŞ Prezidenti Donald Trampın növbəti hədəfi bu şirkətin yaradıcısı Ceff Bezosa məxsus olan “The Washington Post” qəzeti olub.
AZƏRTAC xəbər verir ki, Ağ Evin sahibi “Twitterdəki” mesajında “The Washington Post” qəzetini “Amazon”un “əsas lobbiçisi” adlandırıb. Tramp son iki həftə ərzində şirkəti vergiləri tam ödəmədiyinə, “Amazon”un mallarının daşınması və göndərilməsində ABŞ-ın poçt xidmətinə az ödəniş etdiyinə görə kəskin tənqid edib. ABŞ Prezidenti “The Washington Post”u da Ağ Ev və onun Administrasiyasına qərəzli münasibətə görə dəfələrlə tənqid edib. Bu dəfə onun qəzetin ünvanına etdiyi tənqid Çindən idxal olunan mallara tariflərin artırılması və Pekinin ABŞ-dan idxal etdiyi məhsullara cərimələrin tətbiqi haqqında məqalə ilə bağlıdır.
Tramp “Twitter” səhifəsində yazıb: “Amazon”un əsas lobbiçisi olan saxta xəbərlər qəzeti “The Washington Post” daha bir yalan sərlövhə dərc edib”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]