İQTİSADİYYAT
Doqquz ayda 4308 ipoteka kağızı dövlət qeydiyyatına alınıb

Bakı, 20 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında ölkədə 9 milyard 195,5 milyon manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 626,8 milyon manatlıq korporativ istiqrazlar, 1 milyard 312,7 milyon manatlıq səhmlər, 700 milyon manat dəyərində dövlət istiqrazları və 4308 ipoteka kağızı dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 8 milyard 140 milyon manatlıq notları, 759,3 milyon manatlıq korporativ istiqrazlar, 527 milyon manatlıq dövlət istiqrazları və 239,7 milyon manatlıq səhmlər yerləşdirilib.
Doqquz ayda nominal dəyəri 161,7 milyon manatlıq səhmlər, 223,6 milyon manatlıq Mərkəzi Bankın notları, 424,7 milyon manatlıq dövlət istiqrazları və 752,6 milyon manat olan korporativ istiqrazlar tədavüldə olub.