Doqquz ayda Qəbələdə 13,7 milyon manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 108 milyon 612,3 min manatlıq sənaye xarakterli məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 79 min manat çoxdur.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal edilən sənaye məhsulunun 12,2 faizi dövlət, 87,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Doqquz ayda rayonda 13 milyon 753 min manatlıq sənaye məhsulu ixrac olunub.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]