DÖVLƏT DƏSTƏYİ TAXILÇILIĞIN İNKİŞAFINA TƏKAN VERİR
AZƏRTAC xəbər verir ki, bunu son illər Ağsu rayonunda qazanılan uğurlu nəticələr sübut edir. Belə ki, taxılçılar ötən il 27 min 520 hektardan rekord miqdarda - 80,1 min ton məhsul götürmüşlər. Hər hektardan məhsuldarlıq da yüksək-29,1 sentner olmuşdur.
Mütəxəssislər intensiv artımı həm də dövlətin strateji sahə olan taxılçılığın inkişafına verdiyi dəstəklə əlaqələndirirlər. Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Sərəncama əsasən əkinçilər hər hektar üçün 40 manat olmaqla iki dəfə yardım, habelə güzəştli şərtlərlə mineral gübrələr almışlar. Dövlət dəstəyi bu ilin məhsulu üçün taxıl sahələrini daha 2 min 397 hektar artırıb 29 min 917 hektara çatdırmağa imkan vermişdir.
Yazın ilk günlərindən etibarən sahələr yüksək aqrotexniki qaydada becərilir. İndiyədək sahələrə 190 ton azot gübrəsi verilmiş, alaq otlarına qarşı herbisid çilənmişdir. Hazırda rayonun düzən və dağətəyi ərazilərində suvarma aparılır. Daha çox taxıl əkilən Gəgəli, Bico, Padar, Rəhimli, Kəndova və bir sıra digər kəndlərdə becərmə işləri mütəşəkkil aparılır.
Mütəxəssislər taxıl sahələrinin hazırkı vəziyyətinə əsasən ötənilki rekordun təzələnəcəyi proqnozlaşdırılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]