Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq -  MÜSAHİBƏ

Bakı, 4 oktyabr, Abdulla Suvar, Gülay Nəzərova, AZƏRTAC

Artıq sənət ocaqlarında yeni teatr mövsümünə start verilib. Tətildən qayıdan səhnə ustaları yenidən öz işlərinin başındadırlar. Belə bir ərəfədə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə görüşüb yeni mövsümdə gözlənilən yeniliklərdən, gələcək planlardan və teatrdakı mövcud vəziyyətdən danışdıq. Müsahibəni təqdim edirik.

-Rəşad müəllim yeni mövsümə necə hazırlaşmısınız?

-Sentyabrın 1-dən Azərbaycan Dövlət Kukla Teatrında 92-ci teatr mövsümünə start verilib. Hər il olduğu kimi, yenə də yeni əzm və yaradıcılıq planları ilə. Ənənəvi olaraq biz il ərzində plana uyğun olaraq 4 yeni tamaşa təhvil veririk. Sözsüz ki, plandan kənar səhnə işlərimiz də olur. Plan üzrə artıq iki tamaşanı təhvil vermişik, 3-cü tamaşaya da daxili baxış keçirilib. Daha bir tamaşanı isə ilin sonunadək təhvil verəcəyik. Hər il olduğu kimi bu il də yeni il münasibətilə bayram ovqatlı səhnə işi təqdim edəcəyik.

Gördüyünüz kimi, iş başındayıq, işləyirik, çalışırıq ki, üzərimizə düşən işi layiqincə yerinə yetirək.

-Yeni mövsümü hər dəfə eyni tamaşa ilə açırsınız?

- Xeyr, hər dəfə yeni və fərqli mövzulu tamaşa ilə. Artıq tamaşaçılarımız da bu ənənəyə öyrəşiblər. Bu il yeni teatr mövsümünə “Melisa” adlı tamaşasının premyerası ilə başladıq. Bu nümunə fərqli üslub və janrda hazırlanıb və teatrsevərlər tərəfindən bəyənilib.

-Hazırda repertuarda hansı tamaşalar var və yeni əsərlərin premyerası gözlənilirmi?

-Hamısının adını çəksəm böyük bir sıyahı alınar. Hazırda bu gün repertuarımızda 44 tamaşa var. onların da hərəsi fərqli mövzu, janr və kukla texnikalarındadır. Bir növ rəngarənglik, tamaşaçı müxtəlifliyi bizim üçün prioritetdir.

Premyeralara gəldikdə “Melisa”nı təqdim etdik. Dekabrda isə “Ələddinin sehrli çırağı”nın premyerası olacaq. Bunlar tam yeni tamaşalardır. Daha iki tamaşanı da keçən mövsümün sonunda vermişik. Biz indi il ərzində götürdüyümüz öhdəlikdən və hazırladığımız tamaşalardan danışırıq. Əgər mövsümlə götürsək 92-ci teatr mövsümündə artıq bir tamaşanın premyerası olub, bir səhnə əsərinə də daxili baxış keçirilib. Yəni, demək olar ki, iki tamaşanı təhvil vermişik.

Hər bir teatrın tamaşa planı olur. Artıq biz növbəti il üzrə əsər seçimi edir və onları rüblər üzrə bölərək, müvafiq quruma göndəririk.

Bildiyiniz kimi bizdə bütün səhnə əsərləri bədii şura tərəfindən dəyərləndirilir. əsər seçimindən eskiz qəbuluna, tərtibatdan təqdimat texnikasına hər bir məqam dəyərləndirilir. Bu vacib məqamdır. Çünki uşaqlar üçün hazırlanan tamaşalarda biz ən incə detalı belə nəzərimizdən qaçıra bilmərik. Bu, məsələnin praktik tərəfidir. Bir də tamaşanın izləyici tərəfindən qəbulu mərhələsi var. Əgər hər hansı bu tamaşa tamaşaçı tərəfindən qəbul edilmirsə, zövq oxşamırsa, ona baxmağa tamaşaçı gəlmirsə bütün çəkilmiş xərcə, aktyorların zəhmətinə baxmayaraq o səhnə əsəri repertuardan çıxarılır. Çünki açıq kassa ilə işləyən bir təşkilat olaraq bizim tamaşaçı itirmək şansımız yoxdur. Mütəmadi yeni tamaşalar qurulur və balans yaradılır. Biz repertuardan çıxarılan tamaşaların rekvizitlərini, kukla və digər vəsaitlərini atmırıq. Belə ki, onları müraciətlərə uyğun olaraq hansısa xalq teatrına, dram dərnəyinə bağışlayırıq.

-Bilirsiniz ki, ölkə başçısının Sərəncamı ilə Azərbaycan peşəkar milli teatrı 150 illik yubileyini qeyd edir. Rəhbərlik etdiyiniz sənət ocağı bu əlamətdar yubileyə hansı töhfəni verəcək?

-Mədəniyyət Nazirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının isə 150 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində biz də ilk dəfə olaraq “Kukla teatrı həftəsi” keçiririk. Bundan əlavə demək olar ki, bir çox rayonlarda Mədəniyyət Nazirliyinin xətti ilə çıxış elədik. İki gün bundan əvvəl Gəncə şəhərində olduq. Bu istiqamətdə işlərimiz davam edir. Hər iki əlamətdar yubileyə öz töhfəmizi verməyə çalışırıq.

– Dövlət Kukla Teatrının beynəlxalq əlaqələri hansı səviyyədədir və ötən dövr ərzində xaricdən kimlər dəvət olunub?

-Əvvəllər hər hansı bir festivala getmək bizim üçün çətin olurdu. Biz gərək onlara tamaşanın videosunu, şəkillərini göndərəydik. Artıq təxminən 10 ildir ki, bizim üçün bu problem aradan qalxıb. Yəni artıq dəvət edən tərəf bizi tanıyır. Bizə bu imkanı hazırda başa çatan “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı tanıtdı. Bu proqram bütün teatrlara beynəlxalq əlaqələrin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin 2011-2013-cü illərdə Azərbaycanda iki dəfə Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Bu festivallarda hər dəfə təxminən 20 ölkədən 30-a yaxın teatr və teatr mütəxəssisləri iştirak edirdilər. Nəticədə bütün qitələrdən olan kukla teatrları ilə əlaqələrimiz, münasibətlərimiz yarandı, yaradıcı mübadiləyə zəmin oldu. O cümlədən də bizim özümüz də bu 10 il ərzində təxminən 25-ə yaxın xarici ölkədə festivalda olduq. Çoxsaylı mükafatlar qazanaraq ölkəmizi bu tədbirlərdə layiqincə təmsil edə bildik.

İstər Dövlət proqramı, istərsə də beynəlxalq festivallar bizim əlaqələrimizi daha da genişləndirdi, beynəlxalq teatr təşkilatları ilə təmasımız yarandı. Məlumat üçün onu da deyim ki, 2011-ci ildən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Azərbaycan Milli Mərkəzi də fəaliyyət göstərir.

Görülən işlərin müsbət nəticəsidir ki, bu gün Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 dəvətimiz var. Əminliklə və qürurla deməliyəm ki, əvvəl bizim teatrı, tamaşalarımızı seçib, müsabiqə komissiyasına daxil edirdilərsə, indi biz seçirik. Baxırıq ki, hansı daha nüfuzludur, daha tanınandırsa o festivala qatılmağa üstünlük veririk. Hazırda bizim Rusiya və Qazaxıstandan ümumilikdə dörd festivala dəvətimiz var. yaradıcı əlaqələrimizi, xarici teatr və təşkilatlarla əməkdaşlıq layihələrimizi də daim diqqət mərkəzində saxlayırıq.

Bunun əyani sübutu olaraq dost Gürcüstan kukla teatrları ilə əməkdaşlığımızı misal çəkə bilərəm.

Mətbuatdan da izlədiyiniz kimi, keçən mövsümdə biz Gürcüstanın Mədəniyyət Nazirliyinin dəvəti ilə Tbilisidə çıxış elədik. Gürcüstandan 3 diplom gətirdik. Səfər çərçivəsində Gürcüstan Kukla Teatrları Birliyi ilə əməkdaşlıq memorandumu imzaladıq və bu sənədə əsasən noyabr ayında oradan bir dövlət kukla teatrı baş rejissoru bizdə tamaşa hazırlayacaq. Hələ ad və əsər tam dəqiqləşmədiyindən konkret ad çəkmək istəmirəm.

–Kənardan gələn rejissorların quruluş verdiyi tamaşalarda hansısa bir fərqlilik hiss olunurmu?

-Əslində o qədər də yox. Amma hər fərqli baxış və yanaşma aktyordan tamaşaçıya müsbət təsir edir. Fərqə gəlincə bu, əvvəllər müəyyən mənada hiss olunurdu. Ancaq artıq 15 ildir ki, bu fərq aradan götürülüb. Belə ki, əvvəllər biz hansısa bir xarici ölkəyə qastrola gedəndə oradakı kukla teatrlarına heyranlıqla baxırdıq. Sözün düzü həm də qəribə bir hal yaşayırdıq. Ancaq bizim teatrımız 2007-ci ildə əsaslı təmirdən çıxandan sonra hansı teatra gediriksə hazırladığımız tamaşanı demək olar ki, bütöv şəkildə ora apara bilmirik. Çünki həmin teatrda bizdə olan şərait, imkanlar yoxdur. Yeni binamızda yaradılan hərtərəfli şərait bizə böyük imkanlar yaradıb. Artıq istənilən halda istənilən məsələni özümüz həll edə bilirik. Hazırda bizdə 20 santımetrdən başlamış, beş metrə qədər istənilən ölçüdə kuklalar var.

-Rəşad müəllim, elə yeri gəlmişkən, bir qədər də kuklaların hazırlanma prosesindən danışardınız, haradan alırsınız, neçəyə başa gəlir?

-Əslində nəyə görəsə teatrdan və yaxud incəsənətin digər növündən söhbət düşəndə hamıya maliyyə maraqlı olur. Elə kukla var ki, 100, eləsi də var ki, 1000 manata başa gəlir. Yəni onun strukturunda müəyyən fərqlər olur. Elə olur gözlər, burun, qulaq tərpənir. Biz son dəfə elə kuklaları Sankt-Peterburqdan sifariş eləmişdik. Artıq Avropada demək olar ki, kuklanın gözünü, qulağını, ağzını tərpədəcək texnikalar tətbiq olunmur. Yəni mürəkkəb konstruksiyadan qaçılır. Artıq hər bir sahədə hansısa bir inkişaf prosesi getdiyi kimi, müəyyən dərəcədə tamaşaçıya kuklanın ağzı, gözünün açılması o qədər də maraqlı deyil.

Hazırda Kukla Teatrına tamaşaçı marağı necədir? Biletlərin qiyməti neçəyədir?

-On ildən artıqdır ki, tamaşaçı sarıdan koluq çəkmirik. Son 13 ildə biletlərimizin qiyməti 3 manat olub. Bu ilin sentyabrın 1-dən biletlərimizin qiyməti beş manata dəyişməli olduq. Bu, bizdən asılı olan məsələ deyil, teatrın biletini biz yox, bazar tənzimləyir. 13 il ərzində təxminən hər bir materialın qiyməti üç dəfə artıb. Biz ancaq qiyməti artırmamışıq. Binanın kommunal xərcləri, saxlanılması, cari təmirləri hamısı bizim öhdəmizdədir. Yəni bunları qazandığımız pulla edirik. Kommunal xərclərdən əhali necə istifadə edirsə, eləcə də biz istifadə edirik. Sentyabrın birindən bizim qiymətimizin artması həm də iticket sisteminə (iTicket.AZ) qoşulmağımızla bağlıdır. Bilirsiniz, bu ilə qədər biletlərimiz həmin sistemdə yox idi. Biz buna baxmayaraq, heç bir zaman məcburən heç bir yerdə bilet satdırmamışıq. Amma fakt bundan ibarətdir ki, bizim teatrımız açıq kasa işlədən yeganə teatrdır. Biz heç bir idarədən, məktəbdən bilet satışı üçün xahiş etmirik. Bu gün teatra gələnlərin hamısı kassadan bilet alanlardır.

- Əvvəllər sizin teatrda böyüklər üçün də tamaşalar hazırlanırdı, indi necə...

-Böyüklər üçün teatr hazırlamaq söhbəti ancaq bizdədi. Artıq digər ölkələrdə böyük və ya kiçik söhbəti olmur. Bizdə üç yaşında uşaq tamaşaya valideyni ilə eyni vaxtda baxır.

Düzdü bizdə böyüklər üçün də tamaşalarımız var. Amma gündəlik göstərmək üçün deyil. Ancaq festivala gedəndə həmin tamaşaları istəyirlər. Bilirsiniz o da nə vaxt baş verir? Münsiflərin üzvləri yaşlı nəslin nümayəndəsi olanda. Ancaq elə festivallar olur ki, orda uşaqlar üçün ayrı tamaşa təqdim olunur, böyüklər üçün isə ayrı.

-Teatra yeni, xüsusilə də Tarixi Zəfərimizlə bağlı əsərlər təqdim olunurmu?

-Hazırda üç pyes qəbul etmişik. Bu əsərlər Zahid Xəlil, Solmaz Amanova və Azər Qismətə məxsusdur. Bu günlərdə bədii şurada bu əsərlərə baxılacaq. Əgər hər hansı bir yeni əsər bədii şura tərəfindən qəbul olunursa, rejissoru təyin edilir. Rejissor özü teatrda fəaliyyət göstərən rəssamlardan quruluşçu rəssam seçir. Təxminən 3-4 həftəyə eskizlər bədii şuraya təqdim olunur. Hər bir personaj, kukla, səhnə geyimi, dekorasiya, hamısı yenidən hazırlanır.

Kukla teatrının qapısı istənilən bəstəkara, yazıçıya, rejissora, rəssama açıqdır. Ancaq bir məsələni yaddan çıxarmayaq ki, biz uşaqlar üçün tamaşa hazırlayırıq. Dəfələrlə elə əsərlər təqdim olunub ki, o tamaşanı heç böyük adama da göstərmək olmaz. Həm də iki yaşında uşağa kukla teatrı olaraq müharibəni göstərə bilmərik. Amma bacardığımız qədər vətənpərvərlik mövzusunda tamaşalar hazırlayırıq.

Sonuncu tamaşamız müharibə mövzulu “Melisa” tamaşası oldu. Bundan qabaq da “Yeddi nar çubuğu”, “Məlikməmməd” tamaşalarını hazırlanmışdı.

– Neçə ildir bu teatra rəhbərlik edirsiniz?

-Demək olar 43 ildir bu sahədə çalışıram. 1980-ci ildə indiki Akademik Musiqili Teatrda səhnə maşinisti vəzifəsində işə başlamışam və 1996-cı ilədək direktor müavininə qədər müxtəlif vəzifələrdə çalışmışam. 1996-cı ildən taleyimi Kukla Teatrına bağladım. Burada da direktor müavini kimi çalışdım. 2010-cu ildən bu sənət ocağında direktor kimi fəaliyyətimi davam etdirirəm. Ümumi götürəndə 40 ilin 20 ilini iki teatrda direktor müavini vəzifəsində işləmişəm.

-Teatra rəhbərlik etmək sizcə çətindir, yoxsa...

-Hər bir işin çətin və asan tərəfləri var, heç nə asan olmur. Düşünürəm ki, peşəkarlarla işləyəndə çox da çətinlik hiss etmirsən.

– Neçə əməkdaşınız var?

-Ümumi 96 nəfər əməkdaşımız var. Onun təxminən yarısı yaradıcı, digər yarısı texniki işçilərdir. Kənardan baxanda bu hiss olunmur. Bəzən bir tamaşa hazırlanır, tək aktyor oynayır. Amma bunu təxminən 20-30 nəfərlik texniki personal ərsəyə gətirir.

– Əməkdaşların əmək haqları necədir?

-Mən 1996-cı ildə burada direktor müavini işləyəndə təxminən 10 dollar maaş alırdım. Sonra az-az artmağa başladı, indi də normaldır. Deməzdim ki, maaşlar elə də yüksəkdir, aktyorun vəzifəsinə, tituluna görə fərqlənir. Ancaq aktyorlar var ki, sadəcə buradakı işlə kifayətlənmirlər, başqa çəkilişlərdə də iştirak edirlər.

–Belə olan halda onlara güzəşt edirsiniz?

-Teatrın direktoru olaraq kiməsə haradansa, ya televiziyadan, ya serialdan çəkilişlə bağlı təklif gələndə mən onlar üçün əlimdən gələn şəraiti yaradıram. Ancaq hər şey qanun çərçivəsində tənzimlənməlidir. Yəni, yaradıcı işçilər işdən sonra, ya da istirahət genlərində gedib həmin çəkilişlərdə iştirak edə bilərlər. Mən buna normal baxıram. Birincisi aktyorlarımız müxtəlif fakültələri bitirsə də, gəlib Kukla Teatrında çalışır. Birinci dəfə gələndə təxminən belə fikirləşir ki, müvəqqəti gəlmişəm bir az işləyib gedəcəyəm. Sonra bilmirəm buranın sehrindəndi, nədəndirsə həmin adam burda qalıb işləmək istəyir. Bunun ancaq ikinci tərəfi odur ki, Rəhman Rəhmanov, 45-50 ilə yaxındır pərdənin arxasından tamaşa oynayır. Rəhman Rəhmanovun sima olaraq tanınması televiziyanın hesabına olub. Onunla paralel adamlar var ki, Rəhman yaşdadır, onun qədər stajı var, ancaq simadan tanımırlar. Çünki artıq onlar belə qalmağı qəbul ediblər. Ona görə də indi rejissorlarımız da bu məsələni başa düşür. Son 10-15 ildə elə etmişik ki, səhnədə həm canlı tamaşalar, həm də kukla olsun. Aktyorlarımız simadan tanısın. Buna görə də düşünürəm ki, seriallar, televiziya aparıcılığı və digər yaradıcı işlər teatrımızın aktyorlarının tanınmasına güclü təkan verir.

- Bu gün universiteti bitirən rejissor və aktyorlar ilk növbədə böyük teatrlarda işləməyə üstünlük verir. Bəs, onların Kukla Teatrına cəlb olunması, işə qəbulu necə aparılır?

- Bizdə aktyorun işə qəbulu heç də asan məsələ deyil. Çünki kukla tamaşası, kuklaçı aktyorun iş prosesi elə də asan başa gəlmir. Sizə bir xatirəni danışım. Bir gün rəhmətlik Xalq artistimiz Yaşar Nuri kukla tamaşasında oynamaq istədiyini dedi. Bir müddət məşq edildi. Sonra kukla ilə oynamağın çətin olduğunu dedi. Biz də çıxış yolu olaraq marionet kuklalardan ibarət “O olmasın, bu olsun” tamaşasında onu canlı planda təqdim etdik.

Mən ona görə həmişə deyirəm ki, burada çalışmaq heç də asan deyil. Birincisi, gərək bu işə könül verən aktyor bizdə təxminən bir ay, iki ay məşqlərdə iştirak edə. Çünki həm oxumaq, həm danışmaq üçün səsindən başqa, həm də onun öz plastikası olmalıdır. Kukla elə bir texnikadır ki, onunla işləmək üçün adamın plastikası olmalıdır. Əgər yoxdursa, kukla oynada bilmir. Aktyor sanki öz plastikasını kuklaya ötürür.

- Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu fakültəsi olmadığı halda siz yeni kuklaçıları necə hazırlayırsınız?

– Çox ciddi bir məsələyə toxundunuz. Azərbaycanda 5 dövlət kukla teatrı olmasına baxmayaraq, sənət təhsili verən ali və ya orta ixtisas məktəblərində nə bir kukla teatrı rejissoru, nə də ki, kukla teatrı aktyoru fakültəsi var. Teatr ola-ola fakültənin olmaması qəribədir. Bu illər ərzində aktyorlarımız ancaq kukla teatrının özündə yetişib. Aktyorların əksəriyyəti başqa fakültələri bitirirlər. Dəfələrlə bu vəziyyəti gündəmə gətirsək də hələ ki, bir nəticə yoxdur. Mən hətta demişəm ki, heç olmasa balaca kurs açılsın, yəqin görünür bu məsələ onlardan da asılı deyil.

- Bu beş kukla teatrı ilə əlaqələriniz hansı səviyyədədir, yaradıcılıq baxımından rəqabət mühiti yarada bilirsinizmi?

- Bilirsiniz ki, bu teatrlar Bakı, Naxçıvan, Gəncə, Qax və Salyanda fəaliyyət göstərir. Əgər xəritəyə baxsaq demək olar ki, ölkəmizin hər bir tərəfdə var. Çox istəyərdim Quba və ya Qusarda da Kukla Teatrı açılsın. Hətta teatr açıldığı halda biz ona hərtərəfli köməklik göstərməyə hazırıq. Eləcə də ilk növbədə 4-5 hazır tamaşanı kuklalı, dekorlu bağışlamağı düşünürük.

Azərbaycanda fəaliyyət göstərən beş kukla teatrında olan aktyorlarımız, rejissorlarımız, texniki personallarımız heç biri digər kollektivi özündən ayrı, ögey hesab eləmir. Yəni biz Gəncəyə gediriksə elə bilirik öz teatrımızdır və yaxud Qax, Salyan, Naxçıvandan kukla teatrları bura gəlirlərsə deyirik ki, elə bil öz teatrımızdayıq. Mənim əgər dörd dəvətim varsa və mən məlum məsələdir ki, dörd dəvətə eyni anda gedə bilmərəm. Həmin dəvətləri onlara göndərirəm. Yəni artıq 15 il bundan əvvəl belə bir şey yox idi. Amma indi teatrların çox gözəl münasibətləri, həmçinin gözəl aktyorları, kollektivləri var...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

BƏƏ Ermənistan ilə Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı 3 çatıb YENİLƏNİB

İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib

Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb

Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub

Komitə sədri: Əsl ehsan yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaqdır

Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Qış mövsümündə faydalı və zərərli qidalar

Naxçıvanda təhsil müəssisələrində vakant vəzifələr üzrə ilk dəfə müsabiqə keçirilir

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib

Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır

İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb VİDEO

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb VİDEO

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında “Dəmir yumruq” intellektual müsabiqəsi keçirilir

Tovuzda şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Növbədənkənar prezident seçkiləri ilə ölkəmizin növbəti inkişaf mərhələsinin əsası qoyulacaq – Siyasi şərhçi

UNESCO Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illiyini qeyd edib

Moskva Dövlət Universitetinin Bakı filialı redaktor-korrektor vəzifəsinə işə qəbul elan edir