Dövlət Miqrasiya Xidmətinin idarələrarası minifutbol turniri keçirilib
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətinin (DMX) idarələrarası minifutbol turniri keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan yarışda beş komanda iştirak edib.
Final matçında Bakı Regional Miqrasiya İdarəsinin komandası ilə Miqrasiya Nəzarəti Baş İdarəsinin Leqal kollektivi qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşdə Miqrasiya nəzarəti baş idarəsinin Leqal komandası 5:3 hesabı ilə qalib gələrək turnirin əsas mükafatını qazanıb.
Kubok və diplomları DMX-nin rəisi Vüsal Hüseynov təqdim edib.