DÖVLƏT NEFT AKADEMİYASINDA TƏLƏBƏLƏRİN 55-Cİ ELMİ-TEXNİKİ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Siyavuş Qarayev ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərimizin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır. Müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini bildirən rektor, rəhbərlik etdiyi ali məktəbdə tələbələrin elmi fəaliyyətinin genişləndirilməsi üçün hər cür şərait yaradıldığını söyləmişdir.
Diqqətə çatdırılmışdır ki, konfransın məqsədi tələbələrin ötən tədris ili ərzində apardıqları elmi tədqiqat işlərinin nəticələri haqqında ictimaiyyətə məlumat vermək, tələbələr arasında informasiya mübadiləsi təşkil etməkdir.
Təhsil nazirinin müavini İradə Hüseynova, akademik Akif Əlizadə tədbir iştirakçılarını təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Konfrans öz işini bölmə iclaslarında davam etdirəcəkdir. Bu iclaslarda 400-ə yaxın məruzə dinləniləcəkdir.
Ən yaxşı məruzələr təşkilat komitəsinin diplomlarına və Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatlarına layiq görüləcəkdir.
Tədbirin sponsorları “Halliburton”, “ Total”, “ Emerson”, “Siemens” şirkətlərinin Bakıdakı nümayəndəlikləridir.
Konfrans dekabrın 8- də başa çatacaqdır.