Dövlət uşaq müəssisələrindən 864 uşaq ailələrinə qaytarılıb
Bakı, 28 mart, AZƏRTAC
Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Ötən dövrdə nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 856 uşaq övladlığa verilib. Onlardan 432-si oğlan, 424-ü qızdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.
2020-ci ilin ortalarından fəaliyyətə başlayan agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 471-i oğlan, 393-ü qız olmaqla 864 uşaq öz ailələrinə qaytarılıb.
Həmçinin 889 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:49]
Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]