DSMF Salyanda ictimai dinləmə keçirib
Bakı, 14 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu dəfə Salyan rayonunda ictimai dinləmə keçirib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Salyan və Neftçala rayonlarından olan ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri pensiya və sosial müavinətlərlə bağlı təqdimatlarla çıxış ediblər. Eyni zamanda, bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi ətraflı izah olunub.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.