Duayt Hovard “Leykers”dən “Filadelfiya”ya keçib
Bakı, 23 noyabr, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (MBA) draft mərasimi başa çatdıqdan sonra klublar transfer əməliyyatlarına start veriblər.
AZƏRTAC xəbər verir ki, Duayt Hovard son çempion “Leykers”dən “Filadelfiya”ya keçib. Otuz dörd yaşlı mərkəz oyunçusu “Filadelfiya” ilə birillik müqavilə imzalayıb. Təcrübəli basketbolçu yeni klubunda ilə 2,6 milyon avro məvacib alacaq.
Amerika mətbuatının yazdığına görə, D.Hovardın “Leykers”dən gedişinin səbəbi bu komandada istədiyi qədər oynamamasıdır.
Qeyd edək ki, o, ötən mövsüm “Leykers”in heyətində karyerasında ilk dəfə MBA çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]