Dubayda “IPS 2025” – 21-ci Beynəlxalq Əmlak İnvestisiya Sərgisi açılıb
Qahirə, 15 aprel, AZƏRTAC
Dubay Dünya Ticarət Mərkəzində “IPS 2025” – 21-ci Beynəlxalq Əmlak İnvestisiya Sərgisinin açılışı olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, aprelin 16-dək davam edəcək sərgidə 85 ölkədən 300-dən çox şirkət və nümayəndə iştirak edir. Tədbirə 25 mindən çox ziyarətçinin gələcəyi gözlənilir.
Builki sərgi “Dubay Əmlak Strategiyası 2033”-ün elan olunması ilə üst-üstə düşür. Strategiya şəffaflığın artırılması, innovasiyanın təşviqi və davamlı investisiya mühitinin yaradılmasını hədəfləyir.
Sərgi ərzində bir sıra tədbirlər keçiriləcək. Bundan başqa, “Real Estate i” adlı beynəlxalq əmlak təşviqi platformasının, qadınların əmlak sektorunda rolunu artırmağı hədəfləyən “Hiyə əl-riyədə” təşəbbüsünün və blokçeyn texnologiyasına əsaslanan “Əmlak kodlaşdırması” layihəsinin təqdimatı olacaq.
Sərginin ilk günündə keçirilmiş əsas konfrans və “İnstitusional İnvestorlar Forumu” çərçivəsində dünyanın müxtəlif ölkələrindən mütəxəssislər əmlak sektorunun gələcəyini və Dubayda davamlı investisiya imkanlarını müzakirə ediblər.
Sərginin ikinci günündə isə “IPS Women 2025” adlı qadınlara həsr olunmuş konfrans təşkil ediləcək. Tədbir qadın liderliyin təşviqini hədəfləyir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]