Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb
Bakı, 3 iyul, AZƏRTAC
Dünya Bankı Zambiyada quraqlığın təsirlərini azaltmaq üçün 207,6 milyon dollar məbləğində qrantı təsdiqləyib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu maliyyə vəsaiti quraqlıqdan təsirlənən 84 rayonda sosial yardım proqramı çərçivəsində təxminən 1,6 milyon ailəni dəstəkləyəcək.
Zambiyanın maliyyə və milli planlaşdırma naziri Situmbeko Musokovane maliyyələşdirməyə görə Dünya Bankına təşəkkür edərək, bu dəstəyin hökumətin quraqlığa cavab planını tamamlayacağını söyləyib. O bildirib ki, Dünya Bankının ikinci əlavə maliyyələşdirməni təsdiqləməsi mövcud sosial müdafiə proqramlarını gücləndirəcək və daxili resursların məhdud olması fonunda ölkənin üzləşdiyi quraqlığın mənfi təsirlərini yumşaldacaq.
Qeyd edək ki, 2023-2024-cü illərdə əkinçilik mövsümündə yaşanan quraqlıq Zambiyaya böyük ziyan vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]