Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya güclərinin yeni reallıqları qəbul etməsi Azərbaycanın sülh gündəliyinin müəllifi kimi nüfuz qazandığını göstərir

Dünya güclərinin yeni reallıqları qəbul etməsi Azərbaycanın sülh gündəliyinin müəllifi kimi nüfuz qazandığını göstərir

Bakı, 7 mart, AZƏRTAC

Hər dövrün reallıqları daim hər hansı məsələlərə münasibətdə yeni yanaşmalara çağırışlar edir. Amma bürün dövrlər üçün dəyişməyən ədalət və beynəlxalq hüquq prinsipləri olur. Çünki hər bir məsələnin həlli bu prinsiplərin tətbiqi şəraitində ədalətli mövqe ortaya qoyulmasını, etimad mühitinin qorunmasına töhfələrin verilməsini bir zərurət kimi ortaya qoyur. Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edən, ən əsası 30 il bu yanaşmanın fonunda keçmiş Qarabağ münaqişəsinin ədalətli həllini gözləyən ölkə olub. Əgər bəzi dünya gücləri Qarabağ münaqişəsinin mahiyyətini dərindən dərk edib, maraqlarını ədalət və beynəlxalq hüquq meyarları ilə əvəzləsəydilər, problemin həlli 30 il uzanmaz, ən əsası 44 günlük İkinci Qarabağ müharibəsinə ehtiyac olmazdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyi ilə yanaşı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması da öz əksini tapıb. Təəccüb doğuran hal bu qətnamələrin icrasının zamana və məkana görə tətbiqi, eyni zamanda, bu qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün - ABŞ, Fransa və Rusiyanın hazırda tarixin arxivində yer alan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olublar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə də bu kimi məsələlərə xüsusi diqqət yönəldərək, yeni dünya düzəninin yenidən formalaşmaqda olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, indi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, “Yeni dünya düzəni yenidən formalaşdırılmalıdır” fikri özündə bütün məqamları ehtiva edir. Reallıq budur ki, iki il bundan əvvəl tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratdı. Dünya siyasətində baş verən yeniliklər dövlətlərarası münasibətlərdə də özünü aydın şəkildə nümayiş etdirdi. Əksər dünya güclərinin Azərbaycanın mövqeyini dəstəkləyərək yeni reallıqları qəbul etmələri ölkəmizin sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasının göstəricisidir. Ən əsası, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün dövlətimizin irəli sürdüyü sülh müqaviləsinə beynəlxalq dəstək atılan addımlarda da özünün aydın ifadəsini tapır. Lakin bu məqam diqqətdən yayınmır ki, dünya hələ də ikili standartlar siyasətindən yaxa qurtara bilməyib və bu halın mövcudluğu yeni yanaşmaların ortaya qoyulması əsasında səylərin birləşdirilməsinə böyük maneə yaradır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ötən il Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünə Fransa Prezidenti Emmanuel Makron qatılıb. O, ölkəmizin beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəkləsə də çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etdi. Ümumiyyətlə, 30 illik işğal dövrü belə məqamlarla zəngin olub. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq 30 ildə qətnamələrin icrası istiqamətində nəinki addım atmaq, hətta səylər belə göstərmək barədə düşünməyən bəzi dünya gücləri son nəticədə özlərinə qarşı inamsızlıq yaratdılar.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda dünyada müzakirə olunan mühüm məsələlərdən biri də BMT sistemində islahatların aparılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə bu fikri xüsusi qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Ölkə Prezidentinin bu fikirləri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı səsləndirdiyi “Dünya beşdən böyükdür” bəyanatını yada salmağı bir zərurət kimi qarşıya qoydu. Artıq bunu dünya dövlətləri də etiraf edirlər. Hazırda BMT daxilində islahatların aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi zərurətə çevrilib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışı zamanı təkliflərini də diqqətə çatdırdı. Bildirdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan BMT-də islahatların aparılmasına çağırışlar edib. BMT qətnamələrinin icrasında vahid mexanizmin olmaması daim Azərbaycanın haqlı narazılığına səbəb olub və bunu ikili siyasətin təzahürü kimi dəyərləndirir. Reallıq budur ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğu halda, Azərbaycana gəldikdə 30 il gözlədik. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü reallaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu hadisə yəqin ki, BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

Vüqar Rəhimzadə dünya düzəninin yenidən formalaşdırılması fonunda ədalətin və beynəlxalq hüququn hər bir münaqişəli məsələlərin həllində əsas olacağına əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə ikinci yerdədir

Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib

Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb

İqtisadiyyat naziri: Azərbaycanda sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

DİN: İyunun 27-də ölkədə qeydə alınan 42 cinayətin üstü açılıb

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik