DÜNYA POÇT İTTİFAQININ REGİON ÜZRƏ MƏSLƏHƏTÇİSİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Dünya Poçt İttifaqının (DPİ) region üzrə məsləhətçisi Yan Masakın Azərbaycana səfəri başlamışdır.
Səfərin məqsədi DPİ-nin xidmət keyfiyyətinin yaxşılaşdırılması üzrə “Poçt şöbəsinin inkişafı və genişləndirilməsi” layihəsinin qiymətləndirilməsidir.
Aprelin 18-dək davam edəcək səfər çərçivəsində Y.Masakın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin rəhbər işçiləri ilə görüşü olacaq, Poçt Daşınma Mərkəzində istifadə olunan ötürülmə cihazlarına baxış keçiriləcəkdir.
Y.Masak Azərbaycan poçt qurumunun fəaliyyəti ilə tanış olduqdan sonra, DPİ-də hesabatla çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]