DÜNYA TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA CƏMİYYƏTİ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Munun 17 may - Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciətində deyilir ki, Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü cəmiyyətdə kommunikasiyanın yaradıcı və transformativ rolunun, həmçinin qlobal kommunikasiyaya və əməkdaşlığa olan ehtiyacın bir carçısıdır.
“Əlil insanlar üçün əlaqə yaradılması” mövzusunda keçirilən builki mərasim informasiya-kommunikasiya texnologiyaları təchizatının və xidmətlərinin əlil insanların ehtiyaclarına cavab verə biləcək şəklə gətirilməsini ön plana çəkir. Hesablamalara görə dünyada 650 milyona yaxın əlil insan vardır.
Pan Gi Mun qeyd etmişdir ki, bizim əlil insanlara qarşı münasibətimizi və yanaşma tərzimizi dəyişməyimiz və onların bütün fundamental hüquq və azadlıqlarını təmin etməyimiz çox vacibdir.
Gəlin, bu əlamətdar gündə Əlil insanların hüquqlarına dair Konvensiyanın əsas prinsiplərinə sadiq qalaq .